Ruh göylərdə ruhla görüşdü, bədən yerdə bədənə qovuşdu. Bütün çətinliklər yox oldu, istəkli istəyinə çatdı. Qəbrin üstünə nişan qoyuldu və bu əfsanə bütün dünyaya yayıldı...
Fuzuli - Leyli və Məcnun
Türkiyə ədəbiyyatında daha çox satirik hekayələri ilə tanınan Əziz Nesinin bədii irsində romanlar da sayca az deyil. Müəllifin yaradıcılığı ilə çox-çox əvvəllər tanış olsam da, bu romanları yaxın müddətdə oxumuşam. Əziz Nesinin qiymətli əsərləri mənim indiyə qədər oxuduğum kitablar arasında çox fərqli yerdədir, çünki onları təkcə bir oxucu kimi oxumamış, həm də dissertasiyamın əsas mövzusunu araşdırmaq üçün elmi-tədqiqat baxımından da dəyərləndirmişəm. Onun romanlarını oxuyarkən sadəcə ədəbi zövq deyil, eyni zamanda satiranın ictimai funksiyasını, insan psixologiyasını və cəmiyyətin mənəvi problemlərini dərinliklə təhlil etmək imkanı qazanmışam.
Əziz Nesinin qəhrəmanları əksərən "kiçik insan"lardır. Fikir və düşüncələri, arzu və istəkləri başqaları tərəfindən anlaşılmayan, rədd edilən insanlar müəllifin də "yaralı yeri"dir. Həmin obrazlar vasitəsilə bəşəriyyətin nöqsanları, əyrilikləri göstərilir, yumoristik və satirik gülüşün vəhdəti ilə tənqid olunur.
Romanların hər biri haqqında saatlarla geniş danışsam, kifayət etməz. Və düşünürəm ki, Əziz Nesini anlamaq üçün elə əsərlərini də dərk edərək oxumaq şərtdir. Çünki yazıçı Seyfəddin Dağlının da dediyi kimi, "Əziz Nesinin gülüşü ürəkdən qopan acı bir qəhqəhə təsiri bağışlayır. Bu, gülüşdür. O yalnız güldürmür, eyni zamanda öldürür; birini öldürür, minini güldürür".
🌷Hər kəsə xoş mütaliələr!
instagram.com/p/DQ2b4M2CPgy/?...
Когда ещё хочется жить, то это значит, что есть у тебя что-то любимое. Так, конечно, тяжелее, но вместе с тем и легче. Ты пойми - умереть мне пришлось бы так или иначе, а теперь я благодарна судьбе за то, что у меня был ты.
Erich Maria Remarque - "Три товарища"
Мне казалось, что женщина не должна говорить мужчине, что любит его. Об этом пусть говорят её сияющие, счастливые глаза. Они красноречивее всяких слов.
Erich Maria Remarque - "Три товарища"