Ləman Əliyeva

Ləman Əliyeva
@lamansbooks
𝙀𝙡 𝙦𝙪𝙚 𝙡𝙚𝙚 𝙡𝙞𝙗𝙧𝙤𝙨 Kitaplar, başka bir yerde olmak isteyen insanlar içindir.
Bakı Dövlət Universiteti/Filologiya
5 Temmuz 2002
162 okur puanı
Ağustos 2021 tarihinde katıldı
Puan vermedi·328 syf.··
2025 11. kitabı
·
4 günde okudu
·
Okunma: 25 Ağustos 2025 20:16
"ғısıʟᴅıʏᴏʀʟᴀʀ, ɢüʟüʏᴏʀʟᴀʀ, ᴛısʟıʏᴏʀʟᴀʀ ᴠᴇ ᴀğʟıʏᴏʀʟᴀʀ. ɢɪᴛɢɪᴅᴇ ʏüᴋsᴇʟɪʏᴏʀ sᴇsʟᴇʀɪ, ɢɪᴛɢɪᴅᴇ" Uzun zamandan sonra yenidən sevdiyim yazıçının kitabı ilə gəldim. Kitabın annotasiyasını oxuyanda məzmunu mənə çox maraqlı gəlsə də, digər kitabları qədər təsirli olmadı. Ucsuz-bucaqsız dağ yolunda baş verən yol qəzasında Laura Schrader adlı hamilə qadın xilas edilir. Avtomobildə uşaq cəsədi aşkarlayan polisləri heyrətə gətirən başqa bir hadisə qəza yerinə yaxın qəsəbədəki sakinlərin yoxa çıxmasıdır. Bütün bu hadisələrdə yeganə şübhəli şəxs kimi Laura hədəf göstərilir. Araşdırma üçün Robert Winter adlı psixoloq da işə cəlb olunur. Robert Winter və polis heyəti Lauranın danışdıqlarından çətin tapmaca ilə qarşı-qarşıya qalırlar. Çünki Lauranın etirafları psixologiyası pozulmuş birinin fantaziyalarından heç də geri qalmır. Romanın müxtəlif başlıqlarla verilmiş fəsillərində Lauranın hekayəsi ilə yanaşı dünyanın müxtəlif ölkələrində yaşayan uşaqların taleyi, onlara edilən onlarca haqsızlıqlar da təsvir olunur. Bu paralellik müəllifin məqsədini üzə çıxarmaqla bərabər, həm də əsərin finalını sürətləndirir. Buna baxmayaraq, roman açıq sonluqla yekunlaşır. Düşünürəm ki, o qədər hadisənin əks olunduğu 300-dən çox səhifəsi olan kitab üçün mövzu tam bağlanmayıb. Daha çox uşaqların daxili dünyasını kəşf etmək üçün yazılmış bir romandır, məncə. Yetkin insanların olmadığı bir dünyada müharibələr, faciələr və cinayətlər də yoxdur. Amma yaşadığımız dünya, müəllifin də qeyd etdiyi kimi, nağıllardakı kimi yox, gerçək həyatdakı dünyadır. Müəllifin verdiyi mesajlar anlaya bilənlər üçün çox təsirli və güclüdür. Psixoloji triller janrını sevən oxuculara isə tövsiyəm odur ki, əgər bu yazıçı ilə yeni tanış olursunuzsa, "Travma" ilk kitab olaraq uğurlu seçim olmaz, amma oxumağa dəyər. Hər kəsə xoş
1000Kitap
TravmaWulf Dorn · Pegasus Yayınları · 20172,830 okunma
Reklam
Puan vermedi·160 syf.··
2025 2. kitabı
·
32 saatte okudu
·
Okunma: 25 Ocak 2025 19:36
Zülfü Livanelinin qələmindən oxuduğum üçüncü kitabdır. Almaqda tərəddüd etsəm də, peşman olmadım. Hətta bəzi səhifələrdə mənə elə gəldi ki, roman türk ədəbiyyatına aid deyil və Livanelinin qələmindən çıxmayıb. Müəllif "Serenad"da olduğu kimi yenə də tarixi bir mövzuya toxunub: İŞİD-in İslam adı altında yezidilərə qarşı törətdiyi soyqırımı. Roman İbrahim adlı jurnalistin uşaqlıq dostu Hüseynin ölümünə görə Mardinə səfər etməsi ilə başlayır. Hüseynin ölümündə kimlərin təqsirkar olduğu məlumdur. Amma səbəb nədir? İbrahim Hüseynin yaşadıqlarını öyrəndikcə Mələknazı da tanıyır. Görmədiyi, qiyabi tanıdığı, axtarışına çıxdığı bu yezidi qıza aşiq olur və tədricən öz içində Hüseynin ruhunu daşımağa başlayır. Müəllif müsahibəsində deyir: "Mələknaz bütün çətinliklərdən çıxmış bir tipdir. Həqiqətən də, gerçəkdir, gerçəkdən də gerçək". Doğrudan da, oxucu Mələknazın həyatını oxuyanda realda yaşanılanları göz önünə gətirir. Əgər "Serenad" romanında Hitler zülmündən qaçıb Türkiyəyə sığınan yəhudiləri oxumuşamsa, "Huzursuzluk"da İŞİD zülmündən qaçan yezidiləri oxudum. Onların həyatı, dini, adətləri ilə tanış oldum və düşünürəm ki, bu, oxucunun dünyagörüşünü formalaşdırmağa, dünya mədəniyyətini tanımağa şərait yaradır. Zülfü Livanelinin kitablarını həm də bu səbəbdən sevirəm. Ps. Müsahibəni dinləmək üçün linkə daxil ola bilərsiniz: open.spotify.com/episode/4tCGzFA... Zülfü Livaneli - "Huzursuzluk" Hər kəsə xoş mütaliələr!
Edebiyat
HuzursuzlukZülfü Livaneli · İnkılap Kitabevi · 2021117,6bin okunma
Puan vermedi·206 syf.··
2024 20. kitabı
·
12 saatte okudu
·
Okunma: 25 Ağustos 2024 10:43
Əqrəb Qurban Kazımov adlı məşhur biznesmenin ailəsinin başına gələn faciələrdən bəhs edir. İlk növbədə kiçik oğulları Nurlanı faciəvi şəkildə itirən ailə cinayəti araşdırmaq üçün Türkiyədən yeni gəlmiş detektiv Kənan Orucovu bu işə cəlb edirlər. Amansız qatil isə bu cinayətlə kifayətlənmir, onun növbəti hədəfləri Qurban Kazımovun digər övladları olur. Bəs qatil kimdir? Və qəddar cinayətləri törətməkdə məqsədi nədir? Ceyhun Hidayətli'dən oxuduğum ilk əsərdir. Maraqlı və axıcı süjet xəttinə malikdir, belə ki, bir neçə saat, ən geci 1 gün ərzində oxuyub bitirə bilərsiniz. Müəllif əsərdəki qəhrəmanların hiss-həyəcanlarını çox yaxşı təsvir edə bilib. Hadisələrin gedişatına nəzər salsaq, çox sürətli inkişaf edir. Bu bir tərəfdən oxucunu intizarda saxlamamaq və hadisələrin nəqlini yersiz uzatmamaq üçün müsbət hal olsa da, digər tərəfdən duyğuları tam yaşamağa mane olur. Bütünlüklə əsəri bəyəndim, detektiv janrında əsərin yazılması elə də asan bir şey deyil, bu baxımdan müəllifi təqdir edirəm və ona növbəti fəaliyyətində uğurlar arzulayıram. P.s.: Əsərin motivləri əsasında "Əqrəb mövsümü" serialı çəkilib.
1000Kitap
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015181 okunma
Puan vermedi·464 syf.··
2024 19. kitabı
·
27 günde okudu
·
Okunma: 24 Ağustos 2024 16:31
Jojo Moyes'dən oxuduğum ikinci kitabdır. İlk kitabı - Senden Önce Ben daha çox bəyənmişdim. Əsər romantik və təsirli süjet xəttinə malikdir. Mənə daha çox "The Secret" filminin süjetini xatırlatdı; iki övladı ilə birgə həyatın çətinliklərinə qarşı mübarizə aparan Cess Tomas və onlarla təsadüf nəticəsində qarşılaşıb həyatı dəyişən Ed Nikols. Romantik dram janrını sevənlər mütaliə edə bilər.
1000 Kitap
Bir Artı BirJojo Moyes · Pegasus Yayınları · 20151,486 okunma
Puan vermedi·400 syf.··
2024 18. kitabı
·
12 günde okudu
·
Okunma: 23 Ağustos 2024 00:07
ɢᴇᴄᴇ ᴋᴜʀᴛʟᴀʀıɴᴅıʀ. ᴋᴜʀᴛʟᴀʀᴀ ʏᴀᴋᴀʟᴀɴıʀsᴀɴ sᴏɴsᴜᴢᴀ ᴅᴇᴋ ᴋᴀʏʙᴏʟᴍᴜşsᴜɴ ᴅᴇᴍᴇᴋᴛɪʀ. Roman psixoloji triller janrındadır. Əsərin baş qəhrəmanı 16 yaşlı Simondur. Ana və atasını yol qəzasında itirən Simon bir müddət xəstəxanada müalicə alır. Baş qəhrəman həm faciəvi qəzadan xilas ola bildiyi, həm də hadisələrin necə baş verdiyini xatırlaya bilmədiyi üçün vicdan əzabı çəkir. Bibisi Tilia və qardaşı Mike'la yaşayaraq yeni həyatına adaptasiya olmağa çalışan Simonu bu dəfə də kabuslar rahat buraxmır. Simon məktəbdə Caro adlı qızla dostluq etməyə başlayır. Onların "normal" həyatı bir qızın itkin düşməsi ilə alt-üst olur. Bir müddət sonra Melinanın, yəni Mike'ın sevdiyi qızın döyülərək ağır zərbələr alması xəbəri bu hadisələrin kulminasiya nöqtəsinə çevrilir. İki dost Fahlenbergdə baş verən qorxunc hadisələrin səbəbkarı olan naməlum adamı tapmağı qarşıya məqsəd qoyub araşdırma aparırlar. Simon onu tapa biləcəkmi, yoxsa hadisələr, əslində, Simonun düşündüyündən də fərqli bir istiqamət alır? Kitab haqqında başqa oxucuların analizlərini araşdıranda diqqətimi çəkən ortaq bir fikir var idi: oxucuların çoxu qeyd edir ki, müəllifin bu kitabı digər kitablarına nəzərən sönük qalır. "Karabasan" müəllifdən oxuduğum 6-cı kitabdır. Belə ki, müəllifin qələmi ilə, yazı tərzi ilə tanışam. Əsəri oxuduqdan sonra düşündüm ki, ilk kitabını oxuduğum zaman hiss etdiyim duyğular, gərgin aura, həyəcan və təəccüb getdikcə azalır. Biz - oxucular kitabı oxuduqca müəllifdən daha həyəcanlı səhnələr, daha gərgin sonluq gözləyirik. Amma bəlkə də müəllifin tərzinə öyrəşdiyimiz üçün hadisələrin gedişatı, final səhnəsi bizə təəccüblü gəlməməyə başlayır. Sözün düzü, bundan əvvəl oxuduğum kitabları daha çox bəyənmişdim, amma yenə də "Karabasan" bu janrı sevənlər üçün müvafiq seçim ola bilər. Hər kəsə xoş mütaliələr!
1000Kitap
KarabasanWulf Dorn · Pegasus Yayınları · 20162,623 okunma
Reklam