Ayçin Məmmədova

Ayçin Məmmədova
@laviniiabooks
Cehaletin tek korkusu kitap okuyan kadındır. Çünkü kadın okursa çocuklarını da eğitir...
ADPU
23 Nisan 2002
246 okur puanı
Ekim 2020 tarihinde katıldı
Puan vermedi·80 syf.··
Beğendi
·
2023 9. kitabı
Bu kitab atası tərəfindən daim əzilmiş, danlanmış, ağır şəkildə cəzalandırılmış, sevgi yoxsulluğu ilə böyüdülmüş Kafkanın atasına məktubudur...bizim belə bu gün oxuyub rəy yaza bildiyimiz bu məktubdan, məktubu keçdim Kafkanın hislərindən atasının xəbəri belə olmayıb. Daim özünü haqlı bilib, daim mənmərkəzci olub, Kafkanı bir böcək kimi əzib, onun bacarıqsız, axmaq olduğunu düşünüb.Daddy issues ilə böyüyən bir insan necə olur bilirsiniz? Daim əskik...güclü insan bunun da öhtəsindən gəlir, amma bu Kafka kimi həssas biridirsə həyat faciə olur... oxuduqca bizə heç də yad olmayan valideyn tipi ilə qarşılaşdım: narsist:) hər kəs ana ata olmasın mümkünsə. Və oxuduqca şanslı olduğumu düşündüm, hər kiçik uğurumda məni daha da ruhlandıran ailə ilə böyüdüyüm üçün♡
Atama MəktubFranz Kafka · Qanun Nəşriyyatı · 202053,9bin okunma
Reklam
Lenni..
10/10
·128 syf.··
Beğendi
·
2023 8. kitabı
Daha bir kitabın sonuna gəldik. Çoxdandır oxumaq istədiyim kitab idi "Siçanlar və adamlar". Yazıçı 140 səhifəlik əsərdə bir çox probləmə toxunub, dostluq münasibətləri, irqçilik, yoxsulluq, güc, saflıq, zəka, kiçik insanların böyük xəyalları...Kitabı çox bəyəndim, çox duyğulandım. Lenni xarakterini isə lap çox sevdim.Oxumağa dəyər♡
1000Kitap
Siçanlar və AdamlarJohn Steinbeck · Qanun Neşriyat · 2024211,5bin okunma
Puan vermedi
Lavinia... bilənlər bilir mənim üçün necə dəyərli bir sözdən daha artığı olduğunu. Mən hər kitabın bir zamanı olduğuna inanıram. Bu sabah oyandım və Özdemir Asaf oxuyacam dedim. Çünki vaxtı idi... .... Lavinia kitabındakı şeirlərdən xəbərdar idim hətta: "Bekle dedi gitti ben beklemedim, o da gelmedi, ya Ölüm gibi bi' şey oldu ama ama ama, kimse ölmedi..." -Deyə oxuyan Kaan Tangöze sevdirmişdi bu şeiri mənə. ... Özdemir Asaf deyir ki , "Benim söylemek için çırpındığım gecelerde,Siz yoktunuz..." kaş yanımda olsan da sarılsam yalnızlığına sevimli yazıçım... Kiçik bir not : Söyləmək üçün çırpındığınız gecələrdə yanınızda olmayanları əsla unutmayın. • Xoş mütaliələr ♡
Şiir
LaviniaÖzdemir Asaf · Yapı Kredi Yayınları · 202229,5bin okunma
10/10
·254 syf.··
Beğendi
·
2023 5. kitabı
Mən daha çox klassik romanları oxuyar,bu çizgimdən kənara çıxmazdım. Bu il oxuma listimə psixoloji ,kişisel gelişim tipli kitablar da əlavə etdim. Roman oxuyarkən yazıçıların xəyal dünyası məni bütün travmalarımdan,beynimdəki səslərdən,üzləşməkdən qorxduğum düşüncələrimdən, uşaqlığımdan,içimdəki məndən uzaqlaşdırar,qısa müddətli xoşbəxtlik yaşadardı. Hara kimi qaça bilərik ki gerçəklərdən? Bu kitab bütün gerçəkləri üzümə vurdu desəm daha doğru olar. İçimdə yaralı kiçik mən var,tək mənim yox çoxumuzun. O qədər yaxşı gəldi ki, o uşağı tanımaq,onu yerdən qaldırmaq,onu dinləmək. Özümü çox huzurlu hiss edirəm, bəzi səhifələrdə ağladım,bəzi səhifələrdə güldüm və nəticədə o uşağa sıkı-sıkı sarıldım♡ mütləq oxunmalıdır bu kitab,tövsiyə edirəm.
İçimizdeki ÇocukDoğan Cüceloğlu · Remzi Kitabevi · 201710,2bin okunma
Və bir kitabın daha sonuna gəldik...
Puan vermedi·400 syf.··
2022 29. kitabı
·
8 günde okudu
·
Okunma: 07 Kasım 2022 01:30
Kafkanı çox sevirəm. Daha əvvəl yazardan "Çevrilmə" əsərini oxuyub bəyənmişdim. Amma " Milenaya mektuplar" məni hayal kırıklığına uğratdı. Tamam sevdiyim alıntılar çox oldu. Amma o aşk dolu cümlələr evli bir qadına yazılmışdı... və aşkdan çox takıntı, saplantı kimi gəldi mənə.Məncə, bu əsər məşhur olduğu qədər mükəmməl deyil...heç əsər də deməzdim. "Eşq Mektubları" gözlentiniz yüksek olmasın yəni. Müasir dövrdə Kafka məktub kimi deyil, mesaj kimi yazsa bunları kesin spam yerdi:)
1000Kitap
Milena'ya MektuplarFranz Kafka · Can Yayınları · 202365,8bin okunma
Reklam