LİLİAN

LİLİAN

, bir kitabı okumaya başladı
Gary L. Francione
7.9/10 · 365 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?

LİLİAN

, bir kitap okudu
Puan vermedi·268 syf.·
Beğendi
·
4 günde okudu
·
2020 13. kitabı
Qaraqan
8.5/10 · 1.379 okunma
Əzizlərim, siz insanlar haqda yüksək fikirdəsiniz. Amma onların böyük hissəsi sadəcə meymun sürüsüdür. Öz ölkəniz ilə müqayisə etməyin, sizin ölkə 3 böyük mədəniyyətin qovşağında yaranıb, əhaliniz inkişaf edib. Bəs Əfqanıstan, Hindistan, Çin, Afrika ölkələri? Onlara adam demək olar heç? Hələ də bir-birilərini yeyən qəbilələr var. Bu insanlar heç nə üçün yaşadıqlarını da bilmirlər, kasıb bir ailədə doğulur, təhsilsiz böyüyür, günləri palçığın içində kələm əkməklə keçir, daha sonra sevgini yaşamadan evlənir və valideyn olmağın məsuliyyətini hiss etmədən doğub törəyirlər, Tanrını tanımadan qocalır və dünyaya özü kimi daha beş axmaq, xəstə və kasıb adam gətirib ölürlər.
Sayfa 241·Kitabı okudu
Edebiyat
Birinci əsrdə Roma imperiyasında elə vəziyyət yaranmışdı ki, 200-dən çox adam özünü peyğəmbər elan edərək müxtəlif dini görüşlər yaymaqla məşğul idi. Bu görüşlər arasında xristianlıq daha çox tərəfdar toplayırdı, çünki kasıb təbəqənin maraqlarını əks etdirirdi. İlk 400 ildə xristianlığın müqəddəs kitabı olmur, sadəcə dildən-dilə yayılır. Amma bu 400 il xristianlığın ən gözəl dönəmi olur. İnsanlar sevgiyə və Allaha inanırlar, oğurluq və zinadan, pislik və yalandan uzaq olurlar. İlk keşişlər həqiqətən yaxşı insanlar olur və xalqa, Allaha bağlı olduqlarını sözlərində də, əməllərində də göstərirlər. İlk xristianlar müharibəyə qarşı olurlar. Onların əqidəsinə görə, hətta düşmən hücum edərsə belə silaha toxunmaq olmaz. Xristianlar heç bir halda orduya getməməli, müharibələrdə iştirak etməməlidirlər. Yalnız yaxşılıq və sevgi idi onlara lazım olan. Kasıb keşişlər dəbdəbədən uzaq idilər. Lazımsız var-dövləti xristianlar heç istəmirdilər də. Bu dinin bir neçə əsrə o qədər qan tökəcəyi heç kəsin ağlına belə gəlməzdi.
Din
Yalnız əlindən gələn hər şeyi etdikdən sonra taleyə arxalan.
Sayfa 77 - Qanun nəşriyyatı·Kitabı okudu
Edebiyat