Bununla yanaşı, özümü məhv edirdim və həyatı bu cür anlayırdım: əgər dünyaya mənim kimilər artıqlıq edirsə və bizlərin heç bir yeri, ali məqsədi yoxdursa, ən yaxşı yol məhv olmaqdır. Qoy dünya günahı özündə axtarsın.
İstənilən hava şəraitində özümə qapılaraq gəzintiyə çıxmağım artıq vərdişə çevrilmişdi. Həmin gəzintilərdə kədər dolu məmnunluq, dünyaya və özünə nifrət sadiq yol yoldaşlarım idi.
Kim özü fikirləşməmək və özü özünə hakim olmamaq üçün rahat olanı seçirsə, fərq qoymadan istənilən qadağaya tabe olur! Digərlərisə özləri içlərində hansısa hökmlər hiss edir, onlar üçün hər bir əxlaqlı insanın həyatda gündəlik tətbiq etdiyi şeylər qadağandır, əvəzində, kökündən mühakimə olunan şeylər icazəlidir. Sonunda hər kəs özünə cavabdehdir.