- Demək, mən əzab çəkdiyim, narazı olduğum və insan rəzalətinə heyrət etdiyim üçün axmağam.
- Siz nahaq belə danışırsınız. Əgər siz dərindən düşünsəniz, bizi həyəcana gətirən bütün xarici aləmin nə qədər boş, əhəmiyyətsiz olduğunu duyarsınız. Həyatı dərk etməyə çalışmaq lazımdır. Həqiqi nemət də məhz bu dərk etməkdir.
Həyatı dərk etməyə çalışan azad və dərin təfəkkür və dünyanın mənasız qayğılarına tam bir həqarətlə baxmaq - insan bu iki nemətdən ən yüksək bir şey görməmişdir. Siz üç qat barmaqlıq arxasında olsanız belə, bu nemətlərə nail ola bilərsiniz. Diogen çəllək içində yaşadığı halda, bütün dünyadakı padşahlardan xoşbəxt imiş.