Leman İslam

Leman İslam
@lemanisl
high-functioning sociopath
-Hə, xəstəyəm. Amma onlarla, yüzlərlə dəli azad gəzib dolaşır, çünki siz nadan olduğunuz üçün onları sağlam adamlardan ayırd edə bilmirsiniz... Nə üçün siz, feldşer, nəzarətçi və sizin kimi xəstəxana rəzilləri, əxlaqca bizdən qat-qat aşağı olduğunuz halda, özünüz burda yatmayıb, bizi yatırdırsınız? Bəs məntiq hanı?
Sayfa 41 - Andrey Yefimıç·Kitabı okudu
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
Yalnız ölüm qarşısında qorxaqlığı qürur və ləyaqətindən çox olan bir qorxaq özünə təsəlli verə bilər ki, bir zaman onun bədəni otda, daşda, qurbağada yaşayacaqdır... Öz ölməzliyini maddələr mübadiləsində görmək - qiymətli və əziz bir skripka sındıqdan sonra, onun qabının parlaq gələcəyi olduğunu qabaqcadan xəbər vermək kimi çox qəribə bir şeydir...
Sayfa 34 - Andrey Yefimıç·Kitabı okudu
"Ah, nə üçün insan ölməz deyil! - deyə o düşünürdü, - Əgər hər şey torpağa gömülməyə məhkum isə və nəhayət, Yer kürəsinin qabığı ilə bərabər soyuyacaqsa, sonra da milyonlarla il mənasız və məqsədsiz bir halda günəşin ətrafında dolanacaqsa - əcəba, beyin mərkəzləri və qırışıqları, görmə, danışma qabiliyyəti, xüsusi hisslər, daha nə üçünmüş? Soyumaq və sonradan günəş ətrafında mənasızca hərlənmək üçün, yoxluqdan yüksək və bəlkə də ilahi ağla malik insan yaratmaq, sonra da onu sanki lağa qoymaq üçün torpağa çevirmək nəyə lazımmış?
Sayfa 33 - Andrey Yefimıç·Kitabı okudu
Həyat insana qüssə verən bir tələdir. Mütəfəkkir bir adam yaşa dolub kamala çatdıqda özünü ixtiyarsız olaraq çıxılmaz bir tələdə hiss edir. Doğrudan da, o öz iradəsinə zidd olaraq, hər hansı bir təsadüf nəticəsində heçlikdən həyata keçirilmişdir...
Sayfa 31 - Andrey Yefimıç·Kitabı okudu
Alıntı
Əlbəttə, bizim kitablarımız vardır, lakin bu heç də canlı müsahibəni və ünsiyyəti əvəz etmir. Əgər belə bir müvəffəqiyyətsiz bir müqayisəyə icazə versəniz, cəsarətlə deyərəm ki, kitablar notdur, müsahibə isə mahnıdır.
Sayfa 30 - Andrey Yefimıç·Kitabı okudu