Yeri gəlmişkən, belə xoş təəssüratların da çox xeyri olmadı, əksinə, özümü daha çox günahkar hiss etməyə başladım, dünya mənə daha da müəmmalı göründü.
Xoşbəxtlikdən bəzi hallarda, xüsusən sən sakitcə iztirab çəkəndə, məhəbbətin, mərhəmətin bütün gücünü toplayaraq qarşısına çıxan bənd-bərəni aşıb səni tapdığı anlarda, müstəsnalar da olurdu. Düzdür belə anlar az olurdu, ancaq gözəl olurdu...