Bir şeyi qadından gizlədirsənsə onun ağlına min elə şey gəlir ki, sonradan sirrini açıb bunun adi bir şey olduğunu desən belə, o inansa belə, hələ bir müddət o min şübhənin təsirindən çıxa bilmir.
Yenə də darıxmağın
Zirvəsinə çatarıq.
Yağış... Qaranlıq otaq,
Darıxarıq hamımız.
Və birdən mesaj yazar:
Salam, darıxmışam çox...
Bizə ən uzaqdakı,
ən yaxın adamımız...