Leyla Qarayeva

Leyla Qarayeva
@leylaqarayeva
This is the end
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Son 2 ayda Rövşen Abdullaoğlu kimi əjdaha bir yazarla tanış oldum. Ən son Kafkanın kitablarını bu qədər tez vaxtda alıb oxuduğumu xatırlayıram. Bu yazarıda tələbələrimin sayəsində tanımışam. "Müəllim paylaşdığınız kitab rəfinizdə, diqqətlə baxdıq, öz yazarlarımız çox az oldugunu gördük" cümləsi ilə başladı. İlk kitabı "Reyslər üzərinə uzanmış adam" oldu. Və bu kitabdan sonrada müəllimə ayrı bir bağlılıq yarandı. Daha sonra digər tələbələrimin aldığı "Abaddon" kitabını oxudum. İlk kitabı necə kədərli idisə, ikincisi o qədər həyəcanlı idi. Naxçıvanda tanış oldum, Naxçıvanda 2 kitabını bitirdim deyərək, sonuncu kitabınıda Bakıya gəlməyimə bir gün qalmış elə Naxçıvandan aldım. Hal-hazırdada onu oxumağa başlayıram. İlk səhifələrdən verdiyi vibe zatən yenə "özü" olduğunu göstərir. Qısacası bu müəllimin kitabını oxuyun, oxutdurun. Adamın yetəri qədər uğuru var amma yenədə biz öz dəyərimizi verməliyik.
1000Kitap
Leyla Qarayeva
Ləpirçi: Mən Yeməli Deyiləm oxumağınızı da tövsiyə edərdim.
Qürur məsələsi
Keçən gün anam bizim kasıb kirayə evinə gəlmişdi. Evi ondan fərqli olaraq çox az dağınıq saxladığımız üçün evə keçməyi qəbul etmədi və girişdə məni gözlədi. Keçərli səbəb isə budur ki, içəri girsəm gərək təmizləyim sonra çıxım. Bizim evə isə anam keçid etsə, bir həftə çıxa bilməsi mümkünsüz olduğu üçün bu fikri ilə mən də razılaşdım. Sonra mənim bir-biri ardınca sıraladığım yalanlar başladı. Soruşur ki, nəyin var və nə nəyin əksikdir? Əksikləri de, həll edək. Deyirəm yağ, makaron, düyü, yumurta, pomidor və s. almışam. Amma bunların əksinə məni evdə bir pomidor və dörd dənə yumurta gözləyir. O dörd yumurtanın ikisini də ev yoldaşlarım sağ olsunlar, sındırıblar. Mən isə mağaza aləmində birinin üstünə beşini qoyub danışıram. Qəribə bir hal idi. Əslində, həyatımda ən son bu pul məsələsi ilə bağlı anamdan utanmadığım qalmışdı, lakin zaman ötdükcə artıq ondan da utanıram. İnsanın yaşı artdıqca qüruru öz bağrına basır. Əvvəllər anam xərclik olaraq beş manat vermir deyə dünyanı dağıdırdım. İndi Allaha yalvarıram ki, pul bitməmiş hər şeyi hiss edib özü atsın. Böyüdüm deyəsən, ya da tamamilə başqa bir şey baş verdi. Hər nə oldusa, hər şey xarakter olaraq yaxşı yöndə, hadisə olaraq tamamilə əksinə davam edir. Bunların bir gün müsbət mövqedə qovuşması diləyilə...
İnsan ve Duygular
Leyla Qarayeva
2ci kursa keçəndə fikir verdim ki atamdan pul istəyəndə çəkinirəm, ona görə gələn ayin təqaüdünə qədər pulumu ehtiyatla xərcləyirəm.
Bu gün ki yeni molda aldığım 5 kitabdan, qızımız bunu bəyəndi. Bence gayet iyi seçim, kendini görmüş…
Edebiyat
Leyla Qarayeva
Qızınız bəyənibsə söz ola bilməz🫠