Hamlet qərq olundu qəm dəryasına.
Sonra ac dayandı, sonra yatmadı,
Sonra zəiflədi, sonra şaşırdı,
Nəhayət, ağlını itirdi tamam.
İndi dəliliyi şiddət eyləyib,
Bizim hamımızı kədərləndirir.
Həyat – ticarət sazişidir: pulunuzu
havayı yerə çölə atmayın, sizin işinizə yarayanlara verin,
bununla da sizə yaxın olan adamların qarşısında bütün
borcunuzu yerinə yetirmiş olarsınız
Onlar ayaqqabınızın dabanı ölçüsündə olan bir neçə palçıq yığınına görə bir-birilerini öldürürlər. Ən maraqlısı da odur ki, burada savaşıb bir-birini öldürən bu milyonlardan heç birinə bu balaca palçıq yığınından bir toz da çatmayacaq, bunu onlar özləri də çox yaxşı bilirlər. Savaş bu palçıq yığınlarına kimin yiyəlik etməsi üstündədir: sultan titulu, yoxsa qeysər titulu daşıyanmı buralara yiyəlik etməlidir? Onlardan heç biri haçansa bu torpaqları nə görüb, nə də gedib görmək istəyir, elə bir-birini öldürənlər də uğrunda ölümə getdikləri qeysərin üzünü bircə yol da olsa gormeyibler.