Review:
Oyunu daha yaxşı idi
Bilmirəm, bunun səbəbi tərcümənin keyfiyyətsizliyidir, ya da yazıçının vərəq doldurmaq həvəsi. Post sovet sakini kimi bizim ruslarınkına oxşar metro təsəvvürümüz var. Yazıçının hər stansiyanı uzun-uzadı təsvir etməyi müəyyən müddətdən sonra məni yordu. Nəşrdə də xəritə olmadığına görə bu təsvirləri oxumaq artıq işgəncəyə çevrilməyə başladı. Ona görə də, şəxsən, özümə əziyyət verməyib bu təsvir vasitələrini ötəri oxudum. Oyundan fərqli olaraq qaralar əsərdə sanki arxa planda qalıb, mutantlar üçün də eynisini demək olar. Bu kitabda insanı kitabda saxlayan şey hadisələrin ardıcıllığıdır. Polis stansiyasında çatan hissədən sonra əsər lap çox sıxıcılaşmağa başladı.
Metrostansiyaların təsvirindənsə, obrazlara fokuslanılsaydı, əsər daha axıcı olardı.
Kitabı oxumağa peşman olmadım, çünki oyunda olmayan maraqlı hissələr var idi. Lakin metronun oyununu oynayanlara kitabı tövsiyə etmirəm. Oyunun məkan dizaynı burdakı təsvir vasitələrindən qat-qat keyfiyyətlidir.
PS: hətta arada o qədər sıxıldım ki, 5-6 səhifə də ötürdüm