Leyla

Leyla
entj
Mavidən...
10/10
·312 syf.··
Beğendi
·
2023 27. kitabı
·
23 günde okudu
·
Okunma: 30 Ağustos 2023 22:08
Bu adamın bütün kitablarını oxumuşdum. Bu kitabın ərgənlər üçün yazıldığını bilirdim. Başda düşündüm ki nə gərək var 20 yaşındakı biri üçün. Sonra fikirləşdim ki ən sevdiyim yazarın 1 kitabını gözardı etmək doğru deyil. Aldım, başladım oxumağa. Dərk etdim ki, içimdəki ərgən hələ də yaşayır. Hələ də yetkin insan deyiləm. Serkan hoca o qədər incə şəkildə o içimizdəki ərgən uşağa xitab edir ki, insanın ruhu da incimir. Hər bölümü oxuduqca məndə kiçik-kiçik dəyişikliklər olduğunu görə bilirdim. İndi isə kitabı bitirəndə qəribə oldum. Özünüinkişaf kitabları heç vaxt marağımı çəkməyib. Amma və lakin yeganə kitabdır ki, özünüinkişaf adıyla başını bağlamaq olmaz. Bilim, sənət, təbiət, psixologiya daha nə olsun maraq çəkmək üçün? Oxuyun, oxutdun. İçinizdəki balaca uşağın bu kitaba ehtiyacı var
Dünyanın En Yalnız BeyniSerkan Karaismailoğlu · Ortapia Yayınları · 20253,355 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Neyronlarım bu kitab üçün minnətdar
10/10
·214 syf.··
Beğendi
·
2023 26. kitabı
·
6 günde okudu
·
Okunma: 06 Ağustos 2023 12:47
Kitabı oxuduqca insanı o qədər uzaqlara aparır ki və kitab bizi bir tərəfə aparmır. Sanki ruhumuzu bölür və hər bir parçasını tamamən fərqli yerlərə göndərir. Neyrofiziologiya, kibernetika, psixoanaliz, metafizika, fəlsəfə və daha nələr nələr. Hər biri haqqında adam neyronlarıma əzab verirdi. Balaca bi hissəsi haqqında danışmaq istəyirəm: Gerçəklik nədir görəsən? Yaşadığımız həyat gerçəkdirmi ki? Heç də belə. Guya yuxu ilə həqiqəti ayıra bilirik? Əgər bunu duyğu üzvlərimizə görə bacarırıq desək bu yalan olar. Nəticədə yuxuda da görürük, eşidirik, hiss edirik, qoxunu alırıq və ya nəyisə dadırıq. Qısacası duyğu üzvlərimiz bu cəhətdən sinifdə qalır. Tək fərq yuxuda ardıcıllıq yoxdu, gerçəkdə isə ardıcıl olaraq hadisələri yaşadığımız üçün beynimiz bunu həqiqət olaraq adlandırır. Yoxsa hər gün yatanda ardıcıl şəkildə yuxular görsəydik onda artıq vəziyyət rusca olardı :d. Dərk edəmməzdik, hansı illüziya hansı realdı deyə. Ümumən beynimiz heç də düzgününü bilmir həmişə. Məsələn bizim beynimizi bir bankanın içinə qoysalar və lazımı mühitlə təmin eləsələr onda da elə biləcəkdik ki, hər şey güllük gülüstanlıqdı. Amma real? Real isə bir bədənin yox sadəcə beynini kukla kimi istifadə edirlər və nəticədə hər şeydən xəbərsiz fil yuxusunda yatmaq...
Psikoloji-İnceleme
Üçüncü AddımQaraqan · Qanun Nəşriyyat · 2016652 okunma
Xariqüladə kitablardan
10/10
·256 syf.··
Beğendi
·
2023 24. kitabı
·
9 günde okudu
·
Okunma: 10 Temmuz 2023 09:35
İlk səfərdir ki, bir kitab haqqında incələmə yazmaq istəyirəm. Kitabdan alıntılar edib keçmək həm daha rahat, həm də daha sadə yoldur. Nəticədə yazarın düşüncələrini ötürmüş olursan deyə. Amma söhbət bu kitabdan gedirsə düşünürəm ki, kitabın məndə buraxdığı təsir haqqında danışmaqda fayda var. Əslində kitabı əlimə alanda böyük bir gözləntim yox idi, zatən adam kitabı yazanda belə bizə bəri başdan uyarır kitabda əvvəlki fikirlərimizə zidd olacaq, xoşunuza gəlməyəcək düşüncələr çoxdu deyə. Əslində bu biraz tərs psixologiyadır, fərqindəyik yəni :d. Kitab tam olaraq gündəmdəki problemlərdən "Mən niyə Azərbaycanda doğuldum" "Eh, coğrafiya qədərdir" "Bu ölkədə heçnə etmək olmur" "Haçan özümü xoşbəxt hiss edəcəm" tipli suallar, əlbəttə, bunlar və buna bənzər suallar hər birimizin həyatında mütləq ki, bir dəfə fikirləşdiyimiz suallardandı. Bu adam klassik deyil də, o qədər mükəmməl şəkildə faktlar gətirərək məsələyə fərqli baxış bucağından yanaşır ki, oxuyanda zərrəsinə qədər ayırdığım vaxtdan xoşnut olurdum. Hədsiz axıcı olması onsuz da bir neçə günə bitirməyə sövq edir kitabı. Uzatdıqca spoiler vermə ehtimalımın artacağına əminəm. İnsan istəyir ki, bu kitabı saatlarla müzakirə etsin çünki. Ən yaxşısı fikrimi OXUNULMASI ŞİDDƏTLƏ TÖVSİYƏ OLUNUR deyib sonlandırım :)
Psikoloji-İnceleme
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 20131,155 okunma