– Bax elə məsələ də bundadır, -Vəhşi dedi, -kökünü kəsmisiniz. Bu elə sizin ruhdadır. İstənilən pis vəziyyətə mətinliklə dözmək əvəzinə, siz onu aradan qaldırırsınız. "Hansı şərəflidir? Azğın taleyin müdhiş oxlarına susub dözmək, yoxsa fəlakətlər nəhrinə qarşı, silaha sarılıb döyüşmək gərək?" Sizsə nə dözürsünüz, nə də döyüşürsünüz. Siz, sadəcə, səbəbin kökünü kəsirsiniz. Bu ən asan yoldur.