Yəhudilərin mistik ənənəsi deyir ki, Allah Kainatı yaradanda havanı özünə çəkib ki, dünyanın möcüzələrinə yer olsun. Və Allah "Qoy işıq olsun" deyəndə on parlaq qab göndərib ki, yaratdığının qaranlığını ora doldursun. Əgər qablar toxunulmaz qalsaydı, dünya mükəmməl bir yer olardı. Amma Allahın ilahi gücü həddən ziyadə idi. O, qabları sındırdı və ətrafa qığılcımlar səpdi. Onların çoxu Yerə, İsrail torpağına düşdü. İudaizm iddia edir ki, bizim insan kimi məqsədimiz Allahın sınmış qablarını bərpa etmək üçün bu qığılcım- ları mümkün qədər çox yığmaq və dünyanı daha yaxşı yerə çevirməkdir.
Nə qədər çox adamla görüşürdümsə, daha yaxşı anlayırdım ki, bu novatorlar müharibə dəhşətləri çərçivəsindən kənarda olan, ümid və optimizmi ehtiva edən həyat yaşayırlar. Bomba və güllə düzəltmək işinə baş qoşmayıb, öz mülahizələrinə görə dünyanı daha yaxşı yerə çevirəcəyinə ümid etdikləri qurğuları düzəltməklə məşğuldurlar.
Əgər yaşamda həqiqətən məna varsa, acıda da məna olmalıdır. Acı da həyatın qismət və ölüm qədər silinməz bir parçasıdır. Acı və ölüm olmadan insan həyatı tamamlamış olmaz.