İstənilən halda qovulmuş mələk xəbis şeytana çevrilir. Lakin Tanrının və insanların düşməni olan şeytanın belə öz tənhalığını bölüşdüyü dostları var. Mən isə tamam tənhayam.
Əgər özünüzü həsr etdiyiniz məşğuliyyət sizin sevgi hisslərinizi zəiflədir və saf zövqlərinizdən ləzzət almağınıza əngəl törədirsə, bu məşğuliyyət qeyri-məqbul, qısası, insan təbiətinə ziddir. Əgər bu qayda həmişə gözlənilsə və insan hansısa axtarışın məişət səviyyəsində sevgi hisslərinin stabilliyinə müdaxiləsinə icazə verməsə, Yunanıstan əsarət altına alınmaz, Sezar ölkəsini qoruyub saxlayar, Amerika tədricən kəşf edilər, Meksika və Peru imperatorluqları xarabalığa çevrilməzdi.