Məhərrəm S. Əliyev

Məhərrəm S. Əliyev
@m_s_aliyev
Book/Codding/Cat/Guitar
Frontend Web Developer
UNEC
Baku, Azerbaijan
2 okur puanı
Mart 2023 tarihinde katıldı
Cəhalət hər zaman köləliyi gətirir
Xristofor Kolumb gəmilərin təmiri üçün Yamaykaya getmişdi... Oradakı yerlilər təmirə kömək edir və tayfaya yemək-içmək verirdi. Ancaq aylar keçsə də təmir bitmək bilmir. Üstəlik gəminin tayfası yerliləri yağmalamağa da başlamışdı. Buna çox qəzəblənən yerlilər köməyi və ərzağı kəsir. Çarəsiz qalan Kolumb o dönəmlərdə gəmilərdə olan və ulduzların yerlərini də göstərən təqvimə baxarkən səhər Ay tutulması olacağını görür. Ağlına parlaq bir fikir gəlir və həmən yerlilərin başçısına gedib, Tanrı ilə xəbərləşdiyini, Tanrının yerlilərə çox qəzəbləndiyini və bunu da sabah Ayı qırmızıya boyayaraq göstərəcəyini deyir. Ertəsi gün Ay tutulması başlayır və Ayın rəngi qırmızıya dönür. Kolumbun oğlu o anları gündəliyində belə yazır: "İnləmə və fəryadlarla birgə hər yerdən gəmilərə doğru gəldilər. Özləri ilə çoxlu yemək-içmək gətirdilər və Tanrıya onları bağışlamasını deməsi üçün Kolumba yalvardılar." Kolumb qum saatına baxır və 48 dəqiqə çəkən tutulmanın bitməyinə az qaldığını görür. Yerlilərə Tanrının onları bağışladığını və Ayı birazdan öz rənginə çevirəcəyini deyir. Nəhəyət tutulma bitir... Tanrı tərəfindən bağışlanan yerlilər də xoşbəxtdir, kainatın işləyişini bilən Kolumb da... Kamerasına keçir və "cəhalət hər zaman köləliyi gətirir" deyə yazır gündəliyinə... (İyun, 1503)
Felsefe-Düşünce
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Göydə sən adlı ulduz, oturub izləyirəm, Heç bilmirəm niyə mən hələ də gözləyirəm? Pozulmur səssizliyim, gecə dinib - danışmır, Ürək də rahat deyil, sənsizliyə alışmır. Gəlişin də imkansız, gedənlər geri dönmür, Yenə də ümid odu bircə gedişlə sönmür. Niyə bu qədər özləm unutmağa bəs etmir? Sonacan gözləməyə heyif, ömür də yetmir... Düşünmə ki, bu sondur, deməyə çox sözüm var, Ürəyimdə cavabsız, minlərlə sualım var. Sual et ürəyinə, yaraşırmı heç ona? Soruş gör, necə gedir, baxmadan arxasına? Mən unuda bilmədim, o unuda bilirmi? Soruş, hara gedibsə, orda rahat edirmi? Açdığı yaraların ağrısı heç keçərmi? Səs verməyən gecələr təkliyi dindirərmi? Soruş ki, qayıtmağa azca cəsarəti var? Dönüşü zor yolları dönməyə taqəti var? Soruş gör bircə dəfə qanunları pozarmı? Gedənlər qayıtmayır, təkcə o qayıdarmı?
Şiir
"Yarpaq Ömrü"
“Sarılar ağaca, düşünməz heç nə, Nə son bilər nədir, nə də ayrılıq. Ağac yaşatdıqca yaşayar ancaq, Bəzəyər ağacı kiçik yarpaqlar. Boylanar aşağı, baxar torpağa, Uca budaqlardan vecsizcəsinə. Sanar belə gəlmiş, belə də gedər, Gülümsər həyata nazlı yarpaqlar. Gün gələr, küləklər bir az sərt əsər, Nazik yarpaqları yağışlar döyər. Sallanar budaqda bir sağ, bir sola, Həyata bir təhər dözər yarpaqlar. Bir zaman, ağacın tükənər sözü, Zamanla seyrələr, solar, saralar. Quruyar, budaqların tükənər gücü, Ağacdan ayrılar sarı yarpaqlar. Qalaraq tək – tənha, kimsəsiz birdən, Sovrular küləkdə hərdən bir yönə. Yorular, ağactək tükənər gücü, Soyuq, qara torpağa düşər yarpaqlar. Xatırlar o gözəl, nazlı günləri, Dözdüyü soyuqları, sərt küləkləri. Hərdən gülümsəyər, hərdən ağlayar, Yumar gözlərini qoca yarpaqlar.
Şiir
"Oxuyun..! Çünki mürəkkəbin axmadığı yerdə qan axır."
Felsefe-Düşünce