📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Xristofor Kolumb gəmilərin təmiri üçün Yamaykaya getmişdi...
Oradakı yerlilər təmirə kömək edir və tayfaya yemək-içmək verirdi. Ancaq aylar keçsə də təmir bitmək bilmir. Üstəlik gəminin tayfası yerliləri yağmalamağa da başlamışdı. Buna çox qəzəblənən yerlilər köməyi və ərzağı kəsir.
Çarəsiz qalan Kolumb o dönəmlərdə gəmilərdə olan və ulduzların yerlərini də göstərən təqvimə baxarkən səhər Ay tutulması olacağını görür. Ağlına parlaq bir fikir gəlir və həmən yerlilərin başçısına gedib, Tanrı ilə xəbərləşdiyini, Tanrının yerlilərə çox qəzəbləndiyini və bunu da sabah Ayı qırmızıya boyayaraq göstərəcəyini deyir.
Ertəsi gün Ay tutulması başlayır və Ayın rəngi qırmızıya dönür. Kolumbun oğlu o anları gündəliyində belə yazır:
"İnləmə və fəryadlarla birgə hər yerdən gəmilərə doğru gəldilər. Özləri ilə çoxlu yemək-içmək gətirdilər və Tanrıya onları bağışlamasını deməsi üçün Kolumba yalvardılar."
Kolumb qum saatına baxır və 48 dəqiqə çəkən tutulmanın bitməyinə az qaldığını görür. Yerlilərə Tanrının onları bağışladığını və Ayı birazdan öz rənginə çevirəcəyini deyir.
Nəhəyət tutulma bitir... Tanrı tərəfindən bağışlanan yerlilər də xoşbəxtdir, kainatın işləyişini bilən Kolumb da... Kamerasına keçir və "cəhalət hər zaman köləliyi gətirir" deyə yazır gündəliyinə...
(İyun, 1503)