Madina

Puan vermedi·626 syf.·
2024 84. kitabı
Charlotte Brontë Jane Eyre Tətil başladığına görə səhifə sayı nisbətən çox olan kitab oxumaq qərarına gəlmişdim. Təsadüfən qarşıma çıxan Jane Eyre usanmadan oxuduğum bir kitab oldu. ●Qeyd Adətim üzrə,ilk öncə kitabın müəllifi haqqında araşdırma apardım. Qarşıma çıxan məlumatlar isə kitabı oxuma istəyimi daha da artırdı. Araşdırmamın bəzi nüanslarını sizlərlə bölüşmək istərəm. Belə ki, Charlotte Brontë şeir və romanlarını bir nəşriyyat evinin sahibinə təqdim edir. Nəşriyyat evinin sahibinin isə ona cavabı belə olur: " Şeirlərini çox bəyəndim, amma qadın olduğun üçün heç bir şansın yoxdur." Bu cavabdan sonra Bronte şeirlərini kişi adı altında yayımlamaq qərarına gəlir. ●Kitabın yazıldığı dövr Kitabın yazıldığı dövr (XIX əsr) Britaniya imperiyasının Viktoriya dövrünü əks etdirir. Kraliça Viktoriyanın adının verildiyi bu dövr Britaniya üçün təqdirəlayiq yüksəlişlərin baş verdiyi bir dönəmdir. Yüksəlişlər özünü ədəbiyyat sahəsində də göstərir. Təhsil, elm və maarif mühüm əhəmiyyət kəsb etməyə başlayır. ●Məzmun Kitabımız adından da göründüyü kimi Jane adlı bir qızın həyatından bəhs edir. Jane daha doğularkən həyata bir addım geri başlayır. Səbəb isə ata anasının tez bir zamanda dünyadan ayrılmasıdır. Kiçik yaşlarından dayısının himayəsinə alınan Janenin sonrakı həyatı həm çətin həm yeni insanlar ilə tanışlığı ilə keçir. Jane obrazında ən sevdiyim isə hər hansı bir situasiya altında olmasından asılı olmayaraq, daim öz ayaqları üstündə durmağı bacarmasıdır. Bu qadınların əzminin və gücünün nümunəsi idi. Kiməsə möhtac olmadan yaşamaq, lazım gəldikdə haqqlarını tələb etmək hər bir qadının ruhunda olmalıdır deyə düşünürəm. Ümumilikdə isə kitabı çox bəyəndim. Hər səhifəsində yeni hisslər ilə qarşılaşdım. Oxumağı tövsiyyə edəcəyim kitablardan birinə çevrildi...
Edebiyat
Jane EyreCharlotte Brontë · Can Yayınları · 202042,3bin okunma
Madina
Oxumağı düşündüyüm kitablar arasındadı Emily Brontenin uğultulu tepeler kitabını da tövsiyyə edərdim🌷.
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Yalandır ki, guya zaman hər yaranı sağaldır..
Sayfa 57 - Qanun Nəşriyyatı, 2017
Edebiyat
Madina
Sağaltmır sadəcə alışdırır.
Oğuz Atay veya Yaşar Kemal, İngiltere ya da Rusya'da doğsaydı muhtemelen dünyanın en büyük yazarlarından biri olurdu. Türkiye'nin sorunu da bu: Sınırları çok kalın, geçemiyorsun, yayılamıyorsun.
Edebiyat
Madina
Oğuz Atay mükemmel bir yazar🫶🏻
Melanxolik bir insanın təsadüfən əlinə keçə biləcək ən gözəl kitab idi. Bəlkə mən də bir gün Villi kimi öz Visami tapıb bu melanxoliya deyilən illəti üstümdən atıb, həyatımdakı gözəllikləri daha yaxından görərəm, tapmasam da özüm arada kitabı vərəqləyib Visama özüm qulaq asaram...
Madina
Ürək burxan çox təsirli əsərdir🥺🥲