Analizi bölək 3 yerə. Beləcə kitabı daha yaxşı anlaya bilərik.
1) Rus klassikləri.
Kiçik yaşlarımdan Tolstoyun hekayələrini və qısaldılmış mətnlərini çox oxumuşam. Lakin ilk oxuduğum əsl rus klassiki "Atalar və Oğullar" oldu. Və çox güman ki, oxuyacağım rus klassikləri hələ çox olacaq. Bu kitabların hansı yazı stilində olacağını da "Atalar və Oğullar" da görürük. Bu tip əsərlər düzgün cümlələrdən ibarət olur, hiss-həyəcan yaransın deyə poetik üslubdan istifadə olunmur. Hər hansı personajın əsərdə lazım olmasa belə bioqrafiyası yazılır. Bəzən belə hallar əsəri uzatmaq üçün nəzərdə tutulsa da, rus klassikalarında bu "adət-ənənə" halını alıb. Əsərdəki şəxslər soyadına kimi dəqiqləşdirilir, halbuki personajlar sadəcə öz adları ilə də əsərdə yer ala bilərlər. Hadisələr çox sadə irəliləyir, normal həyatda baş verəcək hər hadisə kimi. "Atalar və Oğullar" əsərində də sanki Turgenev bu hadisələri beynində uydurmayıb, eşitdiyi əhvalatı bizə danışır. Hətta, bunu bizə inandıra bilir. Bu mövzu Tolstoyun, Puşkinin, Qoqolun və bir çox rus klassiklərinə də aiddir. Ümumiləşdirsək, məhz bu tərz rus klassikləri ağır tərzdə yazılmış, daha müasir əsərlərdən sonra oxuna bilər. Çünki, ortada həyəcanverici səhnələr, dərin fəlsəfi fikirlər, qəliz hadisələr olmur. Buna görə, Turgenev, Puşkin, Qoqol kimi yazıçıların əsərləri məhz dincəlmək üçün oxuna bilər.
2) Bazarov
Bazarovla ilk tanışlığım xoş olmamışdı. Ümumiyyətlə, nihilizmlə çoxdan tanışam, lakin heç nihilist insan tanımamışdım deyə, beynimdə yaratdığım nihilist obraz tamam fərqli idi. Bazarov mənə personaj olaraq daha ədəbsiz gəlmişdi, ümumilikdə, beynimdə bir anti-qəhrəman kimi formalaşmışdı. Bunun iki səbəbi ola bilər:
1) Nihilist insanlar bütün əxlaq qaydalarını rədd edərək yaşayırlar, onlar üçün heç kimin fikri önəmli deyil.