Spoiler
"Ümid edirəm ki, sizə kömək əlimi uzatsam, bunu sırtıqlıq hesab etməzsiniz." Kamü, bu nə girişlərdir belə? Hər şey yaxşıdır?
Çox güman ki, bu kitabdan sonra Alber Kamü haqda doyunca danışa bilərəm, halbuki, hələ "Taun" məni gözləyir. Bilmirəm, hardan başlayıb, hansı istiqamətdə hərəkət edib, harda bitirim. Başlayaq yazı stilindən. Kitaba ilk başlayanda " Bu nədir belə?" deyə sual vermək olar. Burda kim var, kim danışır, bu necə hadisələrdir? Yəni oradakı ab-havanı sözlə təsvir edə bilmirəm, ancaq kitabı oxuyanlar başa düşər. Hətta bəzən kitabı bağlayıb oxumamaq fikrinə belə düşmüşdüm. Lakin 20-30 səhifə sonra söhbətin nədən getdiyini başa düşürük. Qısaca ümumiləşdirsəm, keçmiş vəkil Klamans öz həyat hekayəsini yanındakı dostuna danışır. Həmin dostun adını və səsini axıra kimi eşitmirik. İlk başlarda Klamans öz şəxsiyyətini hər xırdalığına kimi bizə açır. Bu hissələr daha sadə yazılıb, anlamaq o qədər də çətin olmur. Kulminasiya hissəsi isə gənc qadının özünü suya atması idi. Ondan sonra Klamans həyata daha gözucu və tənqidi yanaşır. Kamü hadisələr arasındakı sərhədi çox incə qoyduğundan bəzən oxucu da sual yaranır: "Axı, bayaq Klamans özündən danışırdı, biz nə vaxt tənqid hissəsinə keçdik?" Əsərin vurucu nöqtəsi olan intihar səhnəsi çox qısa və zəif göstərilib, buna görə də oxucu əsərin hansı hissəsini çöküş, yoxsa həyat hekayəsi olduğunu başa düşmür. Bu mövzu bir çox yazıçılar tərəfindən daha təsiredici yazıla bilərdi, oxucunun sentimental hissləri ilə oynayaraq. Kitabı oxumamışdan əvvəlki təəssüratım başqa cür idi: "Baş qəhrəman intihardan dəhşətli dərəcədə təsirlənəcək və hər an dünyaya nifrət edəcək; "Cinayət və Cəza" əsərindəki Raşkolnikov kimi". Lakin Kamü bu əsəri daha realistcəsinə, daha tənqidedici yaradıb. Əsərin ən xoşuma gələn hissələri isə