"Elə üzlər var ki, o gün qaralacaq,"
"Ona belini qıran bir əzab veriləcəyini anlayacaqdır."
"Xeyr! Can boğaza çatdığı zaman,"
"(Onu bu bəladan) kim xilas edə bilər?" - deyiləcəyi,"
"(Can verən kimsə) ayrılıq dəminin gəlib çatdığını anlayacağı "
"və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman"
"O gün onun aparılacağı yer Rəbbinin hüzurudur."
"O nə (Quranı) təsdiq etmiş, nə də namaz qılmışdı."
"Lakin haqqı yalanlamış və üz döndərmişdi."
"Sonra lovğalanaraq ailəsinin yanına getmişdi."
"Vay sənin halına, vay!"
"Yenə də vay sənin halına, vay!"
"İnsan özbaşına buraxılacağınımı zənn edir?!"
"O, (ana rəhminə) atılan bir nütfə deyildimi?!"
"Sonra o ələqə oldu və Allah onu yaradıb surət verdi"
"Beləcə, ondan bir cüt - kişi və qadını yaratdı."
"Elə isə Allah ölüləri təkrar diriltməyə qadir deyilmi?!"