Məhəmməd İmanov

"Quranda ən böyük lənət məşhur zəngin Əbu Ləhəbə qarşı edilmiş və sərvəti də qınanmışdır: "Ona nə malı, nə də qazandığı bir fayda verdi." Dini bir vəzifə olaraq sərvətin cəmiyyət içərisində paylaşılması demək olan "zəkat" əmri və qeyri-qanuni sərvət artışı olan "faiz" qadağası başda olmaqla Quranın bütün əmrləri sərvətin cəmiyyətin bir qütbündə yığılmasının və digər qütbünün səfalətə tərk edilməsinin qarşısını almaq məqsədi güdür. Allah Quranda maddiyyatın siyasi bir iyerarxiya quracağı hər cür sosial nizamı kökündən rədd edir…"
Sayfa 66 - Roger Garaudy "İslam və insanlığın gələcəyi"·Kitabı okudu
Din
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Ateistlərin öz fikirlərinin elmi olduğu iddiasına Prof. Dr. Adem Tatlı bu şəkildə toxunur: "Yaradılışı və hər şeyin bir məqsədlə var olduğunu müdafiə edənlər: atomun ətrafında saniyədə 50 minə yaxın dövr edən elektronun bir an belə təsadüflə hərəkət edə bilməyəcəyini bildirirlər. Elektronların necə gəldi hərəkət etdiyi fərz edilsə, həmin elektronun sürətlə hərəkət zolağından çıxaraq digər atom sistemlərinin parçalanmasına və nəhayət zəncirləmə atom reaksiyalarıyla bir anda kainata atom bombası kimi təsir göstərəcəyinə diqqət çəkirlər. Beləliklə də bir atom və elektron hərəkətinin başıboş və təsadüf əsəri ola bilməyəcəyini qeyd edirlər. Bununla da bütün varlıqların sonsuz bir qüdrət və elm sahibi tərəfindən planlı və qayəli yaradılıb idarə edildiyini qəbul edirlər. Materialist fəlsəfəni müdafiə edən təkamülçülərin ən çox üzərində durduqları mövzulardan biri də "varlıqların planlı və məqsədli yaradılmış olduqlarını irəli sürmənin "elmi olmadığı" iddialarıdır. Niyə bu iddialarında israrlıdırlar? Çünki Səlimiyyə məscidi kimi memarlıq abidəsini qəbul edib onun ustası Memar Sinanı qəbul etməmək mümkün deyildir. Beləliklə: "Səlimiyyə məscidini bir ustanın tikmiş olmasını düşünmək elmi deyildir",- deyib məntiqli düşünmənin önü kəsilir və hər şey təsadüfə aid edilir. Təsadüfən adi bir yemək belə ortaya çıxmadığı halda dünyadakı sonsuz saydakı varlıqların təsadüfən meydana gəldiyini qəbul etmək onlara görə elmi bir düşüncə tərzi olur… Bir insanın istifadə etdiyi eynəyin mütləq bir ustasının olduğu və bunun bir qayəyə görə ölçülü hazırlandığına hər kəs həmfikirdir. Lakin eynəkdən daha mükəmməl bir sistemə sahib olan gözə gəldikdə, onun təsadüf nəticəsində yarandığı iddia edilir. Hər saniyə minlərlə dəyişik və planlı reaksiyaların cərəyan etdiyi hüceyrəni bu materialist fəlsəfəyə
Sayfa 38 - Prof. Dr. Adem Tatlı, "Biolojiden Idolojiye Evrim Teorisi"·Kitabı okudu
Din
Elmin nəinki dinə zidd olmaq, əksinə doğru şüurla məşğul olduqda insanı dinə yönəldəcəyini bir islam mütəfəkkiri bu şəkildə qeyd edir: Məktəb şagirdləri bu mütəfəkkirin yanına gəlib: "müəllimlərimiz məktəbdə bizə Allahdan bəhs etmirlər", - dedikdə həmin mütəfəkkir cavab olaraq belə deyir: "Siz müəllimlərinizə deyil, oxuduğunuz fənlərə baxın, onlar özləri sizə Allahdan bəhs edirlər."
Sayfa 37·Kitabı okudu
Felsefe
Ateistlərin digər bir iddiası təbiətdə müşahidə etdiyimiz şeylərin təbiət qanunları tərəfindən yaradılması və idarə edilməsi iddiasıdır. Bu iddianı misal üzərindən dəyərləndirəsi olsaq, məsələn, hər hansı bir yazılı mətn görsək, bu mətn təsadüfənmi ortaya çıxıb deyə soruşsaq, bir ateist bu məntiqlə belə cavab verməlidir. "Xeyr təsadüf deyil. Bu yazını dil qanunları ortaya çıxarır. Məsələn, xüsusi isimlər böyük hərflə başlayır, cümlə bitdikdə sonunda nöqtə qoyulur və s. kimi…" Yəni ateistlərin yanaşması bu qədər gülüncdür. Halbuki yazılı mətn görən hər kəsin ağlına gələn ilk şey bu mətni yazanın olduğu həqiqətidir. Sadəcə yazan bu mətni müəyyən qanunlar çərçivəsində yazıb, qanunlar özü yazı ortaya çıxara bilməz. Əslində elm adamlarının təbiət qanunları dediyi şeylər mövcud nizamlı hərəkətləri yetəri qədər incələyib düsturlaşdırdığımız və adını qoyduğumuz şeylərdir. Yəni var olan hadisəyə bir ad qoymaqdır. İlk əvvəl hadisəni görüb, ona bir ad qoyub, sonra o hadisəni bu ad yaradır və idarə edir demək necədə məntiqsizdir. Digər bir örnək verək. Gözəl bir binanın necə ortaya çıxdığını incələməyə çalışırıq. Ateist məntiqlə yanaşan birisi binanın layihəsinin binanı ortaya çıxardığını iddia etmiş olur. Halbuki hər bir ağıl sahibi binanı elm, iradə, güc sahibi bir memarın ortaya çıxardığını bilər.
Sayfa 32·Kitabı okudu
Din
Ateistlərin bu mövzu ilə bağlı digər iddiası "boşluqların tanrısı" iddiasıdır. İddia bu şəkildədir: "Elmin açıqlaya bilmədiyi bəzi yerlər var və siz orada Yaradan inancını ortaya qoyursunuz. Əvvəllər bu boşluqlar daha çox idi. Yəni yağışın necə yağdığını, bitkilərin necə yetişdiyini, inəyin necə süd verdiyini əvvəlki dövrün elmi açıqlaya bilmirdi. Yaradan məfhumu da bu məcburiyyətdən ortaya çıxmışdı. Lakin elm zamanla kainatdakı hadisələri açıqladıqca Yaradan inancını yerləşdirə biləcəyimiz sahələr getdikcə azaldı. Yaxında bu boşluqlar bütünüylə qapanacaq." Əslində atesitlərin bu iddiası Yaradan inancını qəbul edənlərin arqument gətirərkən etdikləri metod xətasından qaynaqlanır. Belə ki, Yaradan inancını qəbul edənlərin bəziləri Allahın varlığını isbat üçün davamlı olaraq "elmin" açıqlaya bilmədiyi ilk yaradılış üzərindən isbatlamağa çalışırlar. Buna qarşılıq olaraq ateistlər də bu anda baş verən milyardlarla hadisəni açıqladıqlarını zənn edirlər. Bizim bu iddiaya cavabımız budur ki, ümumiyyətlə elmin boşluqları doldurduğu iddiası əsla doğru iddia deyil, elm heç bir boşluğu doldurmur. Elm bizə bir sperma hüceyrəsinin necə uşaq olduğunu, bir toxumun necə ağac olduğunu açıqlamır. Sadəcə hadisələrin hansı mərhələlərlə gerçəkləşdiyini açıqlayır. Yəni hadisələrin nə olduğunu getdikcə daha detallı görürük. Mövzunu bəsit bir misal üzərindən izah etməyə çalışaq. Düşünün ki, ortada bir yemək çeşidi var. Birisi bu yeməyin bunu hazırlayacaq bilgi və bacarıq sahibi olan bir aşpaz tərəfindən hazırlandığına inanır. Digəri etiraz edərək deyir: "Xeyr, siz ona görə bunu bir aşpazın hazırladığına inanırsınız ki, biz əvvəllər bu yeməyin necə ortaya çıxdığını açıqlaya bilmirdik. İndi isə açıqlaya bilirik. Bunun tərkibində filan məhsullar var, bu məhsullar bu mərhələlərdən keçib və s."
Sayfa 29·Kitabı okudu
Duygu ve Düşünce