Məhəmməd İmanov

"Məsələn, ağ bir səhifə üzərində hər hansı məna daşımayacaq şəkildə mürəkkəb ləkələri görülsə, buna bəlkə "təsadüfən olub" deyilə bilər. Lakin qalın bir fizika kitabının kim tərəfindən yazıldığını maraqlandığınızı və belə bir cavab aldığınızı düşünək: "Səhifələri tamamən boş olan bir kitabla bir mürəkkəb qabı bir şəkildə yan yana gəlib. Daha sonra, bir sarsıntı səbəbi ilə qabdakı mürəkkəb dağılıb və təsadüfən boş səhifələr üzərində müxtəlif yazılar yazılıb və bu fizika kitabı ortaya çıxıb." Bu cavabı məntiqli qəbul etmək mümkündürmü?"
Sayfa 21 - Selçuk Kütük, "Aklı karışıklara rehber"·Kitabı okudu
Din
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Bir şəxs, məsələn, bir gül rəsminə baxsa, onun bir rəssamı olduğunu inkar etsə, kimsə həmin şəxsin fikrinə dözümlü yanaşa bilərmi? "Bu da bir fikirdir, hörmət etmək lazımdır", -deyə bilərmi? Cavab hər kəsə bəllidir. Əksinə, bu fikri irəli sürən şəxsin ağlından şübhə edərik. Bundan daha qəribə olanı isə gülün rəsminin rəssamı olduğunu qəbul edən birisinin, gülün özünün bir Yaradanı olduğunu inkar etməsidir. Eyni şəkildə, məsələn, bir quş rəsmi görsək, onu görən hər kəs, hətta ən qatı ateist də onun bir təsadüf nəticəsində ortaya çıxdığını iddia etməz, bəs bir "quş rəsminin" belə təsadüfən ortaya çıxmayacağını qəbul edən bir insanın "canlı bir quşun" təsadüf nəticəsində ortaya çıxdığını iddia etməsi nə dərəcə məntiqlidir? Madam bir yaradılmış var, deməli, bir yaradan da var. Atesitlərin bütün bunlara təsadüf deməsi heç bir şəkildə məntiqli bir cavab kimi qəbul edilə bilməz.
Sayfa 20·Kitabı okudu
Din
Əgər bir ateist hər hansı bir rasional araşdırma olmadan inkar yolunu seçibsə, o zaman bunun nağıllara və ulduz falına inanmaqdan fərqi nədir?
Sayfa 12 - Hamza Andreas Tzortzis "Həqiqətin izində, Ateizm illüziyası"·Kitabı okudu
Hayata Dair
Xüsusilə K. Marks və F. Engelsin fikirlərinə əsasən qurulmuş sosialist sistemlərdə ateizmdən komunist partiyasının təbliğat vasitəsi kimi istifadə edilmişdir. Buna ideoloji ateizm və ya siyasi materializm deyilmişdir.
Sayfa 11 - Dr.Aydın Topaloğlu "Ateizm və Onun Tənqidi"·Kitabı okudu
Felsefe
"Dəhriyyə kainatın əzəliliyini və yaradanın olmadığını iddia edən fəlsəfi bir cərəyandır." "İslam alimlərindən Qəzali hesab edir ki, dəhrilər bir kağız parçası üzərində gəzən, gözlərini mürəkkəbdən və qələmdən ayıra bilməyən, yazıçını görməkdən aciz olan qarışqalar kimidirlər."
Sayfa 9 - Hamza Andreas Tzortzis "Həqiqətin izində, Ateizm illüziyası"·Kitabı okudu
Felsefe