Manisa Rəhimli

Manisa Rəhimli
@manisarahimli
Bakı
Azerbaycan, 6 Haziran 2001
16 kütüphaneci puanı
168 okur puanı
Ocak 2019 tarihinde katıldı
5/10
·160 syf.··
2022 1. kitabı
·
25 saatte okudu
·
Okunma: 16 Şubat 2022 16:26
Spoiler Bu kitab təkamül nəzəriyyəsini başa düşmək üçün ilkin mərhələ olaraq qəbul oluna bilər. Sadə dillə əcdadlarımızdan bizə miras kimi keçən instinktlərimizi, ən ibtidai insanların həyatını, onların bizlə həm nə qədər fərqli, həm də nə qədər oxşar olduqlarını başa salır. Təbii ki, kitabda yazılanların 100 faiz dəqiqliklə həqiqətən baş verdiyini bilməyimiz mümkün deyil, amma bəzi hissələr var idi ki, adamı düşünməyə vadar eləyir. Məsələn, ən çox gördüyümüz yuxular yüksəklikdən yıxılma yuxularıdır. Bu yuxulardan həmişə diksinərək oyanırıq və heç vaxt yıxıldığımızı görmürük. Cek London bu halı ağaclarda yaşayan və hər an yıxılıb ölmək təhlükəsi daşıyan əcdadlarımızla izah eləyir. Yıxılıb ölənlərdən nəsil davam edə bilməz, amma son anda diksinərək yuxudan ayılıb budaqlardan tutmağı bacaranlar bizə öz travmalarını ötürmüş ola bilər. Buna görə də heç vaxt yıxıldığımızı görmür, sadəcə boşluğa düşdüyümüzü görür və ayılırıq.
Adem'den ÖnceJack London · İndigo Kitap · 201926bin okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
4/10
·160 syf.··
2021 21. kitabı
·
5 günde okudu
·
Okunma: 24 Nisan 2021 09:48
* Tarix boyu qadınlar niyə əks cinsdən daha kasıb oldu? Virciniya Vulf bu suala öz dostu Meri üzərindən cavab verir. Əgər Merinin anası atası kimi pul qazansaydı, nə Meri, nə də digər 12 bacı-qardaşı dünyaya gələcəkdi. Hər uşaq üçün 9 ay hamiləlik, ardından 5 il uşağın başına gələcək hər fəlakətdən qoruma dövrü və qadın qocalıb karyera qurmaq yaşını keçir. Əgər Merinin anası və ya nənəsi pul qazansaydı belə bu dəfə yollarını qanunlar kəsəcəkdi. Çünki qanun qadının qazandığı hər qəpiyi ərinin malı olaraq qəbul edirdi. * Müasir dövrümüzü deyil, 100-200 il və ya daha öncəsini düşünək. Bir çox ölkələrdə qadınların ümumiyyətlə təhsil alması, bəzilərində isə kişilərlə birgə eyni təhsil müəssisəsində oxuması qadağan idi. Qadınlar üçün açılmış Universitetlər həm barmaqla sayılacaq qədər az, həm də zəruri şəraitdən məhrum idi. Oğlan məktəblərinə krallar, varlı təbəqə tərəfindən axıdılan sərvətin yanında kiçik bir qız məktəbi üçün illərlə lazımi məbləğ yığıla bilmirdi. * Qadınları aşağılamağa çalışan kişiləri incələsək, onların öz cinslərinin ən çirkinlərindən, ən savadsızlarından, ən gücsüzlərindən, maddi baxımdan ən zəiflərindən təşkil olunduğunu görərik. Kişi qadını nə qədər aşağı görürsə görsün, özünə belə etiraf edə bilmədən qadına ehtiyac duyur. Güclü həmcinslərinin onun möhtac olduğu qadınlara yaxınlaşa bildiyini gördükcə daxilində onu yeyib-bitirən qısqanclıq kişini qadını aşağılamağa və bu yolla onu gözündə kiçildərək daha asan əldə olunan bir varlıq olaraq görməyə itələyir. * Dünyadakı bütün qadınların təhsili, özünü keçindirməyə yetən pulu və başını soxacaq kiçik bir evi olsaydı, cənnəti bu dünyada yaşayardıq. Bir miqdar pul qazana bilən bir qadın artıq heç bir kişiyə möhtac qalmadığından döyülməyə, söyülməyə göz yummaz, sevgi bağı olmayan bir kişini rahatlıqla
Kendine Ait Bir OdaVirginia Woolf · İndigo Kitap · 201748,2bin okunma
3/10
·141 syf.··
2021 20. kitabı
·
30 saatte okudu
·
Okunma: 19 Nisan 2021 23:11
Spoiler Başlanğıcı serialdakı hadisələrlə üst-üstə düşsə də, yarısından sonrakı hissə tamamilə fərqli davam edir. Ali Rza bəy öz işlədiyi yerdə keçmişdə tanıdığı bir ailənin qızının işə götürülməsinə kömək edir və müdirlə qız arasında qeyri-əxlaqi bir münasibət yaranır. Bunu öyrənən Ali Rza bəy istefa verir. Hayriye xanım bu vəziyyətə əsəbiləşir və həmin gün dediyi sözlərlə gələcəklərini təsvir edir: “El-aləmin namusuna görə işdən çıxıb bizi ac qoydun, amma pul olmayandan sonra öz uşaqlarının namusu da təhlükədədir.” Həmin gündən ailənin bütün yükü böyük oğul Şevketin boynuna düşür. Yeniyetməlik dövründəki 3 və hələ uşaq olan 1 bacı, ana, ata, evlənməyə məcbur qaldığı Ferhunde hamısı Şevketin aldığı az miqdarda maaşa möhtac olur. Ailənin fərdləri bir-bir yarpaq misalı öz ağaclarından - ailədən qopub düşür. Ən sonda isə ağacın kökünü təmsil edən ata - Ali Rza bəy ard-arda yaşanan faciələrə dözə bilməyib iflic olur. Kitabın yazıldığı dövrə xas gerifikirlilik Güntekinin öz düşüncələrində belə hiss olunur.
Yaprak DökümüReşat Nuri Güntekin · İnkılap Kitabevi · 199936,1bin okunma
10/10
·456 syf.··
Beğendi
·
2021 19. kitabı
·
5 günde okudu
·
Okunma: 18 Nisan 2021 16:49
Adətən ardıcılları olan kitablarda ilk kitab tutur deyə yazıçı davamını yazır və növbəti kitab elə də yaxşı alınmır. Roulinq üçün isə bu tam tərsinədir. Hər növbəti kitab əvvəlkidən daha maraqlı olur. Üçüncü Harri Potter kitabını bitirdim və mükəmməl idi. Harri Potter kitablarında xoşladığım bir cəhət Roulinqin kitabın əvvəlindən başlayaraq çox da gözə çarpmayan, xırda detallar yerləşdirməyi və kitabın sonuna doğru o detalları açaraq oxucuda təəccüb yaratmasıdır. Son 100 səhifəsi xüsusilə maraqlı idi. Oxuduqca vaxtın necə keçdiyini bilmədim.
Harri Potter və Azkaban MəhbusuJ. K. Rowling · Qanun Nəşriyyatı · 201442,3bin okunma
2/10
·576 syf.··
2021 17. kitabı
·
8 günde okudu
·
Okunma: 11 Nisan 2021 13:23
Spoiler Hadisələrin hamısı bir-birinə təsadüflərlə bağlanılıb və bu əsərin keyfiyyətini xeyli salıb. Oliverin təsadüfən qarşılaşdığı Mr. Brownlow-un sonda atasının ən yaxın dostu, tamamilə ayrı bir yerdə sığındığı xanımın xalası çıxmağı, getdikləri yerdə Brownlow-un da qonşu evdə olduğunu görməkləri “bu qədər də olmaz” dedirtdi. Dikkensin sarkazmla yazdığı cümlələri bəyənsəm də, kitab ümumilikdə xoşuma gəlmədi.
Oliver TwistCharles Dickens · Can Yayınları · 201819,9bin okunma