Mövlanə belə deyir: “Sən də suya həsrət kimi Allah üçün əldə etdiyinlə kifayətlənmə, dayanma. Bu tapınmada sonsuz məqamlar var. Bu xanəgahı tərk et, sənin xanəgahın yoldur. Gözünü ulduzlara dik, yol axtar. Rahatlığa çatmaq tələsi daim narahatlıqdır. Qarışqa Süleymanlıq istərsə, onun bu diləyinə xor baxma, əzmkarlığına fikir ver. İnsan ağıllı-başlı çalışmağa qul olmalıdır. Çünki bir şeyi yaxşı axtaran, nəhayət, tapar. Hansı işə girişəndə ölüm belə sənə xoş gəlirsə, sevdiyin odur”.