Axı mənim qəlbimi üzən nədir, mən həqiqətdə nə istəyirəm? Bilmirəm. Həqiqətən də, nə qədər düşünürəm, bir cavab tapa bilmirəm...Ancaq bircə onu bilirəm ki, məni üzən bir şey var.
Biz insanlar gərək öz ətrafımızdakı adamlara münasibətlərimizdə çox ehtiyatlı olaq, çünki ölüm hər dəfə bu insanların birini aparanda sağ qalanları düşünməyə məcbur edir, onlara xatırladır ki, yadınıza salın və görün o mərhumun sağlığında siz nələr edə bilərdiniz, amma etməmisiniz, nə qədər fürsəti əldən buraxmısınız, nə qədər az iş görmüsünüz, nə qədərini unutmusunuz, zərərli, düzəlməsi mümkün olmayan əməlləriniz isə daha çox olmuşdur! Vicdan üçün gecikmiş və heç bir əhəmiyyəti olmayan peşmançılıqdan ağır bir şey ola bilməz; əgər biz özümüzü belə peşmançılığın verdiyi vicdan əzabından xilas etmək istəyiriksə, bunu gərək həyatda olduğumuz vaxt yadımızda saxlayaq, nə qədər ki yaşayırıq, gec deyil - bunu unutmayaq!