Biz insanlar gərək öz ətrafımızdakı adamlara münasibətlərimizdə çox ehtiyatlı olaq, çünki ölüm hər dəfə bu insanların birini aparanda sağ qalanları düşünməyə məcbur edir, onlara xatırladır ki, yadınıza salın və görün o mərhumun sağlığında siz nələr edə bilərdiniz, amma etməmisiniz, nə qədər fürsəti əldən buraxmısınız, nə qədər az iş görmüsünüz, nə qədərini unutmusunuz, zərərli, düzəlməsi mümkün olmayan əməlləriniz isə daha çox olmuşdur! Vicdan üçün gecikmiş və heç bir əhəmiyyəti olmayan peşmançılıqdan ağır bir şey ola bilməz; əgər biz özümüzü belə peşmançılığın verdiyi vicdan əzabından xilas etmək istəyiriksə, bunu gərək həyatda olduğumuz vaxt yadımızda saxlayaq, nə qədər ki yaşayırıq, gec deyil - bunu unutmayaq!
Adətən, pişik deyən kimi, insanların ağlına bir kölgə tapıb mürgüləməyə çalışan, heç bir işlə məşğul olmadan rahatca yaşayan heyvan gəlir. Ancaq pişiklərin həyatı heç də belə rahat deyil. Pişiklər zəif, tez-tez yaralanan canlılardır. Nə tısbağalarınkı kimi qalın qınımız, nə də ki, quşlar kimi qanadımız var. Köstəbəklər kimi yer qaza, buqələmun kimi rəngimizi dəyişə bilmirik. Pişiklərin hər gün necə əzablara düçar olduqlarını, boş yerə bu dünyadan köçüb getdiklərini insanlar bilmir.
Özümü insanlardan çox-çox uzaqda, tənha biri kimi hiss edirdim. Dərdimi kiminləsə bölüşməyə çox ehtiyacım vardı. Amma kim məni mənim kimi anlaya bilərdi? Heç kim! Məni dünyaya gətirmiş valideynlərim anlaya bilməyəcəkdilərsə, deməli, heç kimdən ümid gözləməyə dəyməzdi.
İnsanı insan edən, digər canlılardan fərqləndirən yalnız şüuru deyil, həm də qürurudur. Kişinin kişi qüruru olmalıdır, qadının qadın qüruru. Bir də, məncə, ümumən insanlıq qüruru var. Mənim insanlıq qürurum sınmışdı. Qürur sınanda insan ölmür, amma ömrü boyu sınıq qürurla yaşayır. Və qüruru sınmış insan artıq hər şeyə başqa gözlə baxır. Əvvəllər "yox, mən bunu əsla etmərəm" dediyi bəzi utancverici şeylərə "niyə də etməyim" deyə münasibət bildirir.