Bax,həmişə də Şiller təbiətli gözəl insanlar belə olur:lap son dəqiqəyə kimi adamı tovuzquşu lələkləri ilə bəzəyirlər,lap son dəqiqəyə kimi pis bir şey olacağını nəzərə almırlar,işin aqibətini qabaqcadan hiss etsələr də,-həqiqəti öz-özlərinə əvvəlcədən qəti surətdə söyləmirlər;elə bircə bu barədə düşünmək onların qəlbində nifrət doğurur;onların bəzədikləri adam özü şəxsən onlara kələk gəlməyincə onlar həqiqətdən əlli-ayaqlı qaçırlar.