Metanoia

Metanoia
@metanoia__
Unexpressed emotions will never die.
Tıp
70 okur puanı
Aralık 2021 tarihinde katıldı
Tam zamanında oxumuşam dediyim tək-tük kitablardan.
Puan vermedi·64 syf.··
2024 7. kitabı
İlk incələməm gözləmədiyim halda bu kitab üçün qismətmiş,bundan əvvəl oxuduğum əsərlər ağır olduqları üçün onlara incələmə yazmaq ,həqiqətən ,vaxt istəyir.Bəlkə də,həqiqətən ,özümüzün də bilmədiyimiz halda təsadüfən əsər oxuyuruq və oxuduqdan sonra “tam da ehtiyacımız olan,tam zamanında”dediyimiz əsər olduğunun fərqinə varırıq.Bəlkə də incələmə etməyimin başlıca səbəbi də elə bu idi.Əsər öz yazıldığı dövrə görə yanaşsaq,həqiqətən o dövr üçün qadının azad düşünə bilmə ehtiyacına təməllər bu əsərdən atılır deyə düşünürəm.Salomenin ilk oxuduğun kitabı idi,əsərin dili axıcıdı.Əsər gənc qızın aşiq olması ilə başlayır,o qədər böyük aşiq olur ki,hətta öz həyat amallarını geri plana atacaq dərəcədə.Əslində bu gənc qız olduqca azadlıq düşkünüdür,öz idealları uğruna.Əsərin əvvəlindəki qız eşq üçün azadlığını qurban verəcək dərəcədə olsa da,əsərin sonunda artıq öz amalları üçün eşqdən vazkeçən bir qızı görürük.Oxuduğum ən gözəl əsəri idi,deyə bilmərəm təəssüf ki,bəyənməyənlər də ola bilər ,amma mənim bəyəndiyim yazıçının xanımlara çatdırmaq istədiyi ideya idi.Hər kəs oxuya bilər,amma xüsusən xanımlara şiddətlə tövsiyə edirəm.
Hayata Dair
ArayışlarLou Andreas-Salomé · Türkiye İş Bankası Kültür Yayınları · 202411,9bin okunma