+ Bir şeirə görə vurulacağını bilsən, yenə də Müşfiq olardınmı? - Olardım. Bəs sən mənə Dilbər olardın? 💙💙
Məni gözəl xatırla...
Bunlar son misralar… Fərz et ki, bir külək idim, əsib keçdim həyatından… Ya da bir yağmur, sel oldum çöllərdə… Sonra torpaq çəkdi suyu canına Yox olub getdim, bəlkə röya idim səninçün Oyandın və mən bitdim… Məni gözəl xatırla… Çünki sevdim sənin mən hər şeyini… Sənə sirdaş oldum, dost oldum Qoynumda ağladın… Üzünə vurmadım heç bir nöqsanını Məni
Reklam
Mikayıl Müşfiq 113 yaşında
Yenə o bağ olaydı, yenə yığışaraq siz O bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, Sizə qonşu olaydıq. Yenə o bağ olaydı, səni tez-tez görəydim, Qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham, Yazaydım səhər axşam. Arzuya bax sevgilim, tellərindən incəmi? Söylə, ürəyincəmi?
Bu gün onun həyatında bir bahardır... Bu dünyada Müşfiq vardı, Bu dünyada yenə vardır.✨
Əli Kərim
Əli Kərim
İstər bəstəkar ol, istər nəqqaş ol, Şair ol, rəssam ol, heykəltəraş ol. Yaratdığın şeyi sevərək yarat, Hamıdan yüksək ol, hamıdan baş ol!✨
Mikayıl Müşfiq
Mikayıl Müşfiq
Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur, Vay o qəlbə ki, boşdur! Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud, İnsanlar daha məsud. Duyğular daha incə, fikirlər daha dərin, Ürəklər daha sərin...🌷
Mikayıl Müşfiq
Mikayıl Müşfiq
Reklam
251 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.