Roma imperiyasının 5 ən yaxşı imperatorları arasında sonuncusu olan Marcus Aurelius yəqin ki, uzaqgörənliyi, inancının dərinliyi və olduqca kamil insan olması ilə bu adı qazanıb. Əslən imperator soyundan gəlməyən, sonradan övladlığa götürülərək varis olan Marcus'un heçnəyin təsadüf olmadığına inamı, hər şeyin təbiətin qanunlarına uyğun olaraq baş verməsini qəbul etməsi, fikrimcə öz həyatının da gətirdikləri ilə bağlıdır. Nədənsə oxuduqca mənə elə gəldiki Marcus Aurelius'un alter-egosu müsəlman olub :)) (bunu xristianla da əvəz edə bilərəm, İncildən xəbərim olmadığından yazmadım) Quranda bəhsi keçən mövzular Marcusun qeydlərində də -İslamın yer üzünə enməsindən yüzillər öncəsində - incə şəkildə öz əksini tapıb.
Yanlışı olan insanlara nəzakətli olmağı, bacardığımız təqdirdə onlara yol göstərməli olduğumuzu və cəmiyyət üçün faydalı olmağı dönə-dönə nəsihət edən Marcus öz dediklərini kitabında fərqli versiyalarda təkrar edib və misallar göstərməklə həm bizi yanlışdan döndərməyə çalışıb, həm də bizim başqasına qarşı o cür olmamıza istiqamət göstərib. Bir növ bizə tövsiyə etdiyinə yazı üslubu ilə özü də əməl edib və necə insan olduğunu sübut edib. Bu da kitabın oxucuya verdiyi güvəni artırır. Ən əsası da, Marcusun üslubunun incəliyi, seçdiyi sözlərdə qırıcı olmaqdan qaçması və hər şeyi sadə dildə izah etməyə çalışması xüsusi olaraq xoşuma gəldi, belə halda hər şeyi kobudcasına dilə gətirən Seneca ilə Marcusun tərzini müqayisə etməkdən özümü ala bilmədim.
Kitabda Marcusu həm təbiətin və tanrının bəxş etdiklərini səbrlə qəbul edib itaət etməyi məsləhət edən inanclı vətəndaş, həm də qanunlara əməl edilməsini tələb edən imperator kimi oxuyuruq. Bitirdikdən sonra içim şükranlıq duyğusu ilə dolub-daşdı. Fikrimcə, bu kitab Roma fəlsəfəsinin ən sadə və oxunaqlı əsərlərindən