- Müşfiq, üzr istəyirəm, - dedim, - səni çox gözlətmişəm, komsomol iclasımız var idi, gec qurtardı. Düzünü de, mən- dən incimədin ki?
- Yox - dedi, - Gözlədim-gözlədim gəlmədin, axır qəlbimin odunu şeirə tökdüm. Biz söhbət edə-edə gəlib skamyada oturduq.
O, mənə təzəcə yazdığı "Neçin gəlmədin" şeirini oxudu:
Gözlədim yolunu həsrət içində,
Tükəndi taqətim, neçin gəlmədin
Şəhdi-vüsalından üzüldü əlim,
Ey dilbər afətim neçin gəlmədin?
...