Müşfiqi öldürdülər
Qarlı bir qış səhəri
Dan yeri söküləndə
Buzlu qarın üstünə
İsti qan töküləndə
Lərzəyə gəldi torpaq...
Tükü də tərpənmədi
Güllə atanın ancaq -
Çaxmağı bir də çaxdı,
Çaxdı o qansız, alçaq.
Şair ölümdən qabaq
Buludlu qış göyündə
Açılan sübhə baxdı,
Ölüm necə yaxındı...
Həyat necə uzaqdı...
Güllə xəlvət atıldı,
Səsi illərə çatdı.
O güllənin zərbəsi
Xalqımızı illərlə
Nəsil-nəsil ağlatdı...
Kaptan:Yalnız, iyileri kötülerden nasıl ayırt edeceğiz?
Tenten: Pis suratlı olanlara saldırın... Başka çare yok!
Kaptan Haddock: Hangisinin suratı daha kötü? ... Bence al birini vur ötekine.
Baxıram ev-eşik boşdur elə bil,
Səninlə varım da, yoxum da gedib.
Bir ürəyim deyil, bir canım deyil,
Dincliyim də gedib, yuxum da gedib.
Bir anlıq dincəlim, yuxulayım deyə
Bircə əlacım var - unutmaq səni!
Ot kimi, su kimi bilmirəm niyə
Hər yerdə yaradıb bu torpaq səni.
Səyyah oluramsa, göz işlədikcə
Əvvəli, sonu yox bir düz olursan.
Mən səni gecələr unutsam, - gecə,
Gündüzlər unutsam, - gündüz olursan.
Dağlara çıxıram şimşəklər sənsən,
Saçımı dağıdan küləklər sənsən.
Bəlkə də bir simli iki sazıq biz,
Sən qansan, mən ürək, ayrılmazıq biz.
Qoy bir an ürəyim rahat döyünsün,
Bu qədər insafsız olmaz ki, adam!
Yox, səni bir anlıq unutmaq üçün
Özümü bir yolluq unutmalıyam...