Bir insanın dəyəri onun bizə nə öyrətməsindən daha böyükdür.
İnsanlara "həyatımıza girmiş müəllimlər" kimi yanaşmaq haqsızlıqdır. Çünki insanların həyatımızdakı rolu bizə nələrsə öyrədib getməkdən ibarət deyil. Bu cür yanaşma individuallıq konseptini gücləndirir və başqalarını hiss edə bilmirik. Məncə, insan olmağın ən əsas dəyərlərindən biri başqalarının da özümüz kimi insan olduğunun fərqinə varmaqdır. Hətta deyərdim ki, insanı digər bütün canlılardan fərqləndirən əsas amil şüurlu olması yox, empatetik olmasıdır. Biz başqalarını hiss edə bildiyimiz qədər insanıq. Bir ideologiyada radikal olmaq lazımdırsa, bu məhz humanizm olmalı idi. Rus dilində belə bir cümlə görmüşdüm: "Мы узнаем себя через других люди." Orijinal gördüyüm şəkildə çox bəyənmişdim deyə olduğu kimi yazmaq istədim. Biz başqa insanlar vasitəsilə özümüzü tanıyırıq. Bir-birimizin inikasından, əksindən başqa bir şey deyilik. Məktəbdə müəllimlərin şəstlə dediyi bir ifadə var idi, "Uşaq evin güzgüsüdür." Mən deyirəm, insan insanın güzgüsüdür. Hamımız bir-birimizə güzgü tuturuq, amma sadəcə görmək istəyən görür. Öz daxilinə baxıb özünü təhlil etməyin, introspektivliyin psixologiyada geniş yayılmış adı da "refleksiya"dır, indi fikir verirəm. Maraqlıdır ki, öz daxilinə endiyin qədər qınaqlarından, tabularından azad olursan. Özünə o azadlığı verəndə, anlayışla yanaşanda insanlara qarşı da həssaslığın və anlayışın artır. Sanki özünlə barışanda bütün insanlıqla barışırsan və bəlkə də, daxili sakitlik elə budur. Ona görə də, həyatımızdan keçənləri insan yox, funksiya kimi dərk etmək bizi yalnızlığa itələyir. Heç kim birinin həyatında onun böyüməsi və bir şeyləri anlaması üçün könüllü "müəllim" rolu oynamır. Hamı bir-birinə qarşılıqlı ümidlər bəsləyir, effort qoyur və hə, özündən nələrsə verir; Sevgisini, səmimiyyətini, vaxtını. Təbii ki, heç kim əbədi deyil – heç biz
Şəxsi düşüncələrim
Sizcə cənnət və cəhənnəm haradır, necədir, nəyə bənzəyir? 7 mərtəbə yuxarı, 7 mərtəbə aşağı, mələklər, şeytanlar, sehrli ağaclar, alov ya nə? Sizcə Allah insanları günah və savabları üçün cəzalandırmaq və yaxud mükafatlandırmaq üçün neçə qatlı məkan mı yaradıb? Məncə yox. Cəza və mükafat mexanizmi biz özümüzük, daha doğrusu daşıdığımız bir şey. Vicdan! Heç kim 100% yaxşı və ya pis deyil. YinYang pisliyin içində yaxşılıq və yaxşılığın içində pislik. Ən kiçik günahınızda ağırlaşan vicdanınızı və ən kiçik sabahda yüngülləşən ruhunuzu düşünün. Cənnət də cəhənnəm də vicdanımızdır. Ona görə çətinliyə düşəndə ilk vicdanımızı qorumağı öyrənməliyik. Bu dünyada cənnəti də cəhənnəmi də yaşamaq öz əlimizdədir. Günahkarlar vicdanları ilə cəzalandırıldılar bəs məzlumların yaşadıqları nolacaq?! Çox qorxulu bir yuxu gördüyünüzü düşünün. Başınıza ağır şeylər gəlir. O yuxudan oyanırsınız bəzən heç xatırlamırsınız da. Bax belə. Ölmək son deyil, başqa bir dövrün başlanğıcıdır. Və həmin məzlumlar da digər dünyada daha geniş bir ruh, daha açıq bir beyin və anlama qabiliyyəti ilə mükafatlandırılırlar. Və güclü iman, ruhun aydınlıq və azadlığı çox vaxt böyük bir çətinlikdən sonra gəlir.
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Mən
Mən uzun müddət elə bilmişəm ki, insanı ən çox yaşadıqları dəyişir Sonra anladım ki, məni əslində yaşadıqlarımdan çox, onlara verdiyim mənalar dəyişib). Bir söz bəzən “ illərlə” içimdə qalır. Hamı onu unudur, amma”mən” unuda bilmirəm. Çünki həmin söz yox, onun “məndə”yaratdığı hiss qalır. Bəzən də heç kim “mənə”bir şey etməyib kimi görünür, amma içimdə daşıdığım ağırlığın haradan gəldiyini “özüm”də izah edə bilmirəm. Məncə, insanın özünə qarşı etdiyi ən böyük haqsızlıq hər şeyə görə özünü günahlandırmasıdır. Nə vaxtsa başa düşürəm ki, hər qırılan şey mənim səhvim deyildi, hər gedən mənim günahımdan getmədi və hər dəyişən şeyi mən düzəltmək məcburiyyətində deyildim. Amma bu həqiqətə çatana qədər özümdən çox şey aparmışam. Ən çox da bir şey yorur məni: özümü başqalarının gözündə axtarmaq. Bir müddət sonra kiminsə mənim haqqımda dedikləri, mənim özüm haqqında düşündüklərimdən daha güclü olmağa başlayır. Və mən fərqinə varmadan özümü yox, başqalarının məndən yaratdığı obrazı yaşadıram. Halbuki bəzən sadəcə olduğum kimi qəbul edilmək istəyirəm. Hər dəfə özümü sübut etmədən, hər dəfə izah vermədən, hər dəfə “mən əslində belə demək istəməmişdim” cümləsini qurmaq məcburiyyətində qalmadan… Artıq hər şeyin cavabını tapmağa çalışmıram. Bəzi sualların cavabsız qalmasını qəbul edirəm. Bəzi insanların niyə elə davrandığını bilmədən yoluma davam etməyi öyrənirəm. Çünki başa düşmüşəm ki, hər qapını döymək lazım deyil. Bəzilərinin bağlı qalması insanın xeyrinədi)) İndi tək istədiyim şey daha yüngül yaşamaqdır. Keçmişin yükünü çiynimdə daşıyaraq yox, ondan öyrəndiklərimi ürəyimdə saxlayaraq. Çünki güclü olmaq heç vaxt ağrımamaq deyil. Güclü olmaq, bütün o ağrılardan sonra belə ürəyini sərtləşdirmədən yaşaya bilməkdir.)
Bəzi insanlar torpağa yox, ruha qarışır
Atanı itirmək qəribə hissdir. İnsan elə bilir ölüm sadəcə bir insanı aparır. Amma zaman keçdikcə anlayırsan ki, ölüm tək bir insanı yox, onunla birlikdə içindəki bir dünyanı da aparır. Çünki bəzi insanlar sadəcə insan olmur, ev kimi olur, kölgə kimi olur, arxanda dağ kimi dayanır. Və o dağ bir gün olmayanda insan ilk dəfə dünyanın nə qədər ağır yer olduğunu anlayır. Atam rəhmətə gedəndən sonra bir şeyi başa düşdüm: insanın içində bəzi boşluqlar heç vaxt dolmur. Sadəcə insan o boşluqla yaşamağı öyrənir. Hamı deyir zaman keçir. Amma zaman keçmir, insan sadəcə ağrının formasına öyrəşir. Əvvəl nəfəs almaq belə ağır gəlir, sonra gülməyi özünə günah bilirsən, sonra bir gün gözləmədiyin anda hansısa mahnıda, bir qoxuda, bir sözdə yenidən dağılırsan. Və anlayırsan ki, bəzi insanlar gedəndən sonra yox olmur, sadəcə görünməz olur. Ən qəribəsi də budur ki, insan atasını itirəndə bir az uşaqlığını da itirir. Elə bil dünyanın ən güvənli yeri birdən yox olur. Kimsə sənə “qorxma” deməsə də, onun varlığı yetirdi əvvəllər. İndi isə həyat əvvəlki kimi görünmür. Çünki insan bir gün başa düşür ki, bəzi yoxluqlar sadəcə yoxluq deyil, insanın içində səssiz bir çatdır. Mən həmişə düşünmüşəm, insan doğrudan ölürmü? Əgər bir insanın dediyi sözlər hələ də ağlındadırsa, öyrətdiyi şeylər səndə yaşayırsa, bəzi hərəkətlərində özünü ona bənzədiyini görürsənsə, o insan doğrudan gedibmi? Məncə bəzi insanlar torpağa yox, insanın ruhuna qarışır. Gözlə görünmürlər, amma hər çətin anda içində bir səs kimi qalırlar. Elə bil hardansa yenə səni qoruyurlar. Amma nə qədər fəlsəfi düşünsən də, bir həqiqət var: darıxmaq keçmir. İnsan alışmır. Sadəcə susur. Çünki bəzi ağrılar danışıldıqca azalmır. İçində bir yerə çevrilir. Xüsusilə ata… insanın arxasında dağ kimi dayanan adam olmayanda dünya bir az daha soyuq
Duygu ve Düşünce
Nədənsə hər şeyin hay-küylü, reklam olunan variantına öyrəşmişik bir az... Kiməsə dəyər verməyin də mütləq gözəbatan və gurultulu olması lazımdır, elə bilirik. (aha, gözəldir, amma hər zaman səmimi deyil, bəzən də uyğun deyil, bu versiya)... Amma bəlkə də ən əfsəli heç kimin xəbəri olmadığı o sakitlikdədir..Həm də sağlam xarakter formalaşdırır, məncə, bu duruş. Heç bir tərif ummadan, görünmədən ,heç bir minnət qoymadan, davamlı olaraq bir insanın yaxud insanların yanında olmaq, yəni "mikro qəhrəmanlıq"... Yəni heç bir təşəkkür davası etmədən, daxili bir vəfa ilə dəryada bir damla misalı olmuş olsan belə...
Bəzən insan öz yarasında ev tikər
Ləpirçi: Mən Yeməli Deyiləm Bəzi kitablar var ki, onları sadəcə oxumursan — yaşayır, hiss edir, hətta bəzi yerlərində özünü itirirsən. “Mən yeməli deyiləm” mənə görə məhz belə kitablardandır. Çünki bu kitab hadisələrdən çox, insanın içində baş verən görünməz savaşlardan danışır. Elə savaşlar ki, başqaları görmür, amma insanı içəridən yavaş-yavaş dəyişdirir. Kitabı oxuduqca bir şeyi başa düşürsən: insanın ən təhlükəli düşməni həmişə qarşısında dayanan biri olmur. Bəzən ən təhlükəli düşmən insanın öz beynidir, qorxularıdır, susdurduğu hissləridir. Biz həmişə elə bilirik ki, həyat bizi insanlar vasitəsilə yaralayır. Kiminsə xəyanəti, yarımçıq qoyduğu sevgilər, deyilən ağır sözlər bizi dəyişdirir sanırıq. Amma insan bir az dərinə baxanda anlayır ki, əslində onu ən çox incidən yaşadıqları deyil ,yaşadıqlarından sonra içində böyütdüyü səssizlikdir. Çünki bəzi ağrılar keçmir, sadəcə formasını dəyişir. İnsan onları unutduğunu zənn edir, amma onlar sakitcə ruhun bir küncündə yaşamağa davam edir. Bir gün bir söz, bir baxış, bir xatirə hər şeyi yenidən oyadır və sən anlayırsan ki, bəzi yaralar bağlanmayıb, sadəcə üstü örtülüb. Məncə kitabın ən ağır tərəfi insanı öz həqiqəti ilə üz-üzə qoymasıdır. Çünki insan özünü tanıdığını düşünür, amma əslində çox az adam öz içini həqiqətən tanıyır. Biz özümüzə belə maska taxırıq. Güclü görünməyə çalışırıq, normal görünməyə çalışırıq, heç nə olmamış kimi davranırıq. Amma insan özündən qaçanda qəribə bir şey baş verir : getdiyi hər yerə öz ağrısını da aparır. Sən şəhər dəyişirsən, insanlar dəyişirsən, həyatını dəyişirsən, amma içində həll etmədiyin şeylər səninlə gəlir. Çünki insan dünyadan qaça bilər, amma özündən qaça bilmir. Bəlkə də kitabın adına görə ən dərin məna elə budur: “yem” olmaq. İnsan həmişə düşünür ki, yem olmaq yalnız başqalarının
İnsan ve Duygular