Soruşmaq istərdim, özünə nifrət edən bir başqasını sevə bilərmi? Özü ilə ixtilafda olan başqaları ilə dil tapa bilərmi? Özündən təngə gələn, zəhləsi gedən, başqasına sevinc bəxş edə bilərmi? Məncə, belə bir şeyin mümkünlüyünü heç kim israr etməyəcək, yoxsa bu, elə Axmaqlığın özündən də axmaq bir şey olardı.
Sayfa 39·Kitabı okuyor
Alıntı
mənim fikrimcə, insanı insan edən, digər canlılardan fərqləndirən yalnız şüuru deyil, həm də qürurudur. Kişinin kişi qüruru olmalıdı, qadının qadın qüruru. Bir də, məncə, ümumən insanlıq qüruru var. Mənim insanlıq qürurum sınmışdı. Qürur sınanda insan ölmür, amma ömrü boyu sınıq qürurla yaşayır. Və qüruru sınmış insan artıq hər şeyə başqa gözlə baxır.
Sayfa 333·Kitabı okudu
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
"Hərdən düşünürəm və gözəl olduğum qədər də ağıllı, öyrənməyi, səhvlərindən dərs almağı bacaran biri olduğuma görə özümü daha da sevirəm. Bəlkə də bu sizə eqoizm kimi gələcək, amma qoy olsun. Məncə, hər insan az ya da çox eqoist olmalıdır."
Sayfa 206·Kitabı okudu
İşığı bizə beş min ildən sonra gəlib çatan ulduzlar mövcud olduğu halda, ən uzağı əlli ildən sonra kitabxanalarda çürüyəcək və beş yüz ildən sonra adları belə unudulacaq əsərlər yazmaq, ədəbiyyat haqqında düşünüb çalışmaq, yaxud üç min ildən sonra əlsiz-ayaqsız bir heykəli muzeydə nümayiş etdirsinlər deyə ömrünü palçıq yoğurmaqla, mərmər ovmaqla keçirməyi, məncə, heç də çox ağıllı bir iş hesab etmək olmaz...
Siz nə düşünürsüz ? Cavab versəydiniz məmnun olardım.
Ah, əxlaq müdərrisi! Başa düş ki, iki cür qadın var: onlardan biri öz hüququnu müdafiə edir və bu hüquq da sənin məhəbbətindən ibarətdir ki, artıq sən bunu ona verə bilmirsən; digəri isə hər şeyini sənə qurban edir və əvəzində səndən heç bir şey istəmir. İndi belə bir vəziyyətdə sən nə etməlisən? Bu, dəhşətli dramdır. -Əgər sən bu barədə mənim rəyimi bilmək istəyirsənsə, sənə deməliyəm ki, mən burada bir dram olduğuna inanmıram. Ona görə ki, məncə, məhəbbət... hər iki məhəbbət, xatirindədirmi, Platonun " Ziyafət" əsərində müəyyən etdiyi hər iki məhəbbət insanlar üçün bir məhək daşı misalındadır. Bəzi adamlar bu məhəbbətin birini, başqaları isə digərini qəbul edirlər. Və yalnız qeyri-platonik məhəbbəti qəbul edən adamlar əbəs yerə dramdan danışırlar. Belə bir məhəbbətdə heç bir dram ola bilməz. "Mənim əzizim, mənə bəxş etdiyiniz nəşə üçün sizə acizanə təşəkkür edirəm", budur, bütün dram bundan ibarətdir. Platonik məhəbbət üçün isə yenə də heç bir dram ola bilməz, çünki belə bir məhəbbətdə hər bir şey aydın və təmizdir, Ona görə də... Bu anda Levin öz günahlarını və keçirdiyi daxili mübarizəni xatırladı. Və o qəflətən: - Amma, bəlkə də sən haqlısan, -əlavə etdi. - Lakin mən bilmirəm, mən heç bir şey bilmirəm.
Sayfa 52 - Teas PRESS·Kitabı okuyor
Kitaptan sectiklerim
Nə vaxtsa öz həyat hekayətimi - cavanlığımın on illik həssas, ibrətli dövrünü də danışacağam. Məncə, çoxları mənim keçdiyim həmin dövrü keçiblər. O vaxtlar bütün qəlbimlə yaxşı olmağa can atırdım-amma gənc idim, arzularım vardı, mənsə tək idim, yaxşılıq axtarışında tamamilə tək və yalnız. Hər dəfə ən səmimi arzularımı açmağa cəhd edəndə - yüksək əxlaqlı olmaq istəyimi aşkar edəndə, həqarət və istehza ilə qarşılaşırdım. Pis, alçaq ehtiraslara təslim olanda isə, əksinə, məni tərifləyir, rəğbət göstərirdilər. Şöhrətpərəstlik, mənsəbsevərlik, hərislik, şəhvət, təkəbbür, qəzəb, intiqam - bütün bunlara hörmət vardı. Bu istəklərimin ardınca düşərək mən əksəriyyətə bənzəyir, ətrafımdakıların məndən razı qaldığını hiss edirdim. Dünyanın ən saf məxluqu; birgə yaşadığım mehriban xalam belə, həmişə deyərdi ki, mənə evli qadınla münasibətimin olmasından daha çox heç nə arzulamır.
Sayfa 25 - "Parlaq İmzalar" Nəşriyyatı·Kitabı okudu