Məryəm Mirzəzadə

Məryəm Mirzəzadə
Nah ist nur Inners ; alles andre fern..
İdraka aparan hər addım onları həqiqətə yaxınlaşdırır. Həqiqət isə ölümdür.
Sayfa 41·Kitabı okudu
Alıntı
Etimoloji Defteri
Mücellit Nedir ?
Yalnız bir şeyi görürəm, çünki həqiqət birdir. Qalan hər şey yalandır.
Sayfa 41·Kitabı okudu
Alıntı
Etdiyim işlərin necəliyindən aslı olmayaraq, gec-tez hamısı unudulacaq, özüm də var olmayacağam. Bəs bu qədər çalışıb-əlləşmək niyə? Necə olur ki, insan bunu görmədən yaşayır? - heyrət ediləsidir! Yalnız həyat səni sərxoş edəndə belə yaşamaq olar, ayılanda isə bütün bunların yalandan, axmaq bir aldatmacadan ibarət olduğunu görməmək mümkün deyil.
Sayfa 40·Kitabı okudu
Alıntı
Bizim kimi minlərlə adam bir-birini inkar edərək, söyərək nəşr edir, yazı yazır, başqalarını öyrədirdi. Ancaq heç kim fərqinə belə varmırdı ki, özümüz heçnə bilmirik, həyatın ən sadə sualına - “yaxşı nədir, pis nədir” sualına nə cavab verə biləcəyimizi bilmirik. Hamımız birdən, bir-birimizi dinləmədən, fikir vermədən danışır, hərdən göz yumaraq bir-birimizi tərifləyirdik ki, qarşılığında bizi də tərifləyib, bizə də göz yumsunlar.
Sayfa 29·Kitabı okudu
Alıntı
O vaxtlar bütün qəlbimlə yaxşı olmağa can atırdım - amma gənc idim, arzularım vardı, mənsə tək idim, yaxşılıq axtarışında tamamilə tək və yalnız. Hər dəfə ən səmimi arzularımı açmağa cəhd edəndə - yüksək əxlaqlı olmaq istəyimi aşkar edəndə, həqarət və istehza ilə qarşılaşırdım. Pis, alçaq ehtiraslara təslim olanda isə, əksinə, məni tərifləyir, rəğbət göstərirdilər. Şöhrətpərəstlik, mənsəbsevərlik, hərislik, şəhvət, təkəbbür, qəzəb, intiqam - bütün bunlara hörmət vardı.
Sayfa 25·Kitabı okudu
Alıntı