Məryəm Mirzəzadə

Məryəm Mirzəzadə
Nah ist nur Inners ; alles andre fern..
10/10
·128 syf.··
Beğendi
·
2025 14. kitabı
·
28 saatte okudu
·
Okunma: 07 Aralık 2025 20:04
Bu kitabı tövsiyə əsasında almışdım və “yaxşı ki, oxumuşam” dediyim kitablardan biri oldu. Bir daha anladım ki, mən əsasən fəlsəfi cümlələrdə özümü tapdığım, məni sorğuladan və düşünməyə məcbur edən əsərləri sevirəm. Kitab insanın mahiyyətini anlamağa çalışan cavan oğlanla yaşlı kişinin (qocanın) dialoq formasında qurulmuş fəlsəfi mübahisədən ibarətdir. İlk növbədə qoca insanın maşından o qədər də fərqli olmadığını, onun öz-özünə fikir və düşüncə yarada bilmədiyini iddia edir. Qocaya görə bütün düşüncələrimiz kənar təsirlər nəticəsində formalaşır; bir sözlə, insanın seçimləri belə mexanikidir. İnsan hər zaman öz mənfəəti üçün hərəkət edir, hətta “fədakarlıq” adlandırdığımız davranışlar belə əslində daxili rahatlığımız üçündür. Qoca azad iradənin mövcudluğuna inanmır və insan davranışlarını səbəb–nəticə zənciri kimi izah edir. Oğlan verdiyi suallarla etiraz etməyə çalışsa da, qoca öz mövqeyini konkret nümunələrə əsaslandırır. Nəticədə oğlan bu arqumentlər qarşısında zəif qalır. Bu mənim çox xoşuma gəldi. Əsərin sonunda isə belə bir fikir yaranır: insan kimi bu qədər mürəkkəb, ziddiyyətli və qarmaqarışıq bir varlığı yalnız Allah yarada bilər. Bir sözlə, oxumağı tövsiyə edəcəyim kitablardan biridir.
İnsan NədirMark Twain · Qanun Nəşriyyatı · 202318,9bin okunma
Kənan Cahangirov isimli okura yanıt verildi
Məryəm Mirzəzadə
buyurun
Reklam
8/10
·160 syf.··
2026 13. kitabı
"Deyirəm"... Ancaq nəyi? Hər "de" bir əlavədir, bir qaçışdır. "Mən də" deyəndə, özümü harasa aid edirəm, özümü gizlədirəm bir kütlənin içinə. "O da" deyəndə, onu uzaqlaşdırıram. Bu kiçik "de", nə böyük məsafələr qoyur araya. Və "ki"... Səbəb kimi, şərt kimi gəlir. "Elədir ki" deyib dayanıram. Sanki hər şeyi izah etdim. Amma "ki" yalnız bir körpüdür, altından anlamsız bir axın keçir. Həqiqəti deyil, öz düşüncəmin qurğusunu göstərirəm. Budur. Ən aldadıcı söz. Əlinlə göstərirəm: "budur, bu!" Amma göstərdiyim o deyil. Göstərməyin özüdür. Dilin özü bir işarədir, özüdə deyil, başqa bir şeyə işarədir. Və biz daim bu işarələr dünyasında yaşayırıq. Sözlərlə düşünürəm. Amma düşündüyüm şey sözlərdən əvvəl gəlir, onlardan dərin olur. Onu dilin içinə salmağa çalışıram, o isə əyilir, dəyişir, ya parçalanır. Hər cümlə bir xəyanətdir düşüncəyə qarşı. Buna görə də susmaq daha düzgün ola bilər. Ancaq susmaq da bir cavabdır. Və susmaq da deyilir: "de ki, sus". İçimdəki səs danışır. Demək, tam susqunluq yoxdur. Yalnız danışıqla susmaq arasında bir titrəyiş var. Həyat da elədir – deyilənlərlə deyilə bilməyənlər arasındakı o nazik, gərgin xətt. Bəlkə də məqsəd "doğru"nu demək deyil. Məqsəd, o "de"nin, o "ki"nin, o "işte"nin arxasında nəyin dayandığını hiss etməkdir. Sözün çatışmazlığını qəbul edib, onunla yaşamağı öyrənmək. Çünki onsuz da, onsuz da... yox. Deyirəm. Yenə də deyirəm. Çünki bu, varlığımın sübutudur. Səsimi eşidirəm: "de... ki... işte.." Və bu, kifayətdir. Bu, hər şeydir. Bu, heç nədir.
Felsefe
De ki İşteOruç Aruoba · Metis Yayınları · 20186,8bin okunma
Məryəm Mirzəzadə
👏🏻👏🏻
Bizim kimi minlərlə adam bir-birini inkar edərək, söyərək nəşr edir, yazı yazır, başqalarını öyrədirdi. Ancaq heç kim fərqinə belə varmırdı ki, özümüz heçnə bilmirik, həyatın ən sadə sualına - “yaxşı nədir, pis nədir” sualına nə cavab verə biləcəyimizi bilmirik. Hamımız birdən, bir-birimizi dinləmədən, fikir vermədən danışır, hərdən göz yumaraq bir-birimizi tərifləyirdik ki, qarşılığında bizi də tərifləyib, bizə də göz yumsunlar.
Sayfa 29·Kitabı okudu
Alıntı
H.A. isimli okura yanıt verildi
Məryəm Mirzəzadə
biraz elə olub😄
Təsadüf nəticəsində bəzən heç tanış olmadığımız adamla heç bircə kəlmə də söz söyləmədən, lap elə ilk baxışda, qəfil maraqlanmağa başlayırıq..
Sayfa 17·Kitabı okuyor
Alıntı
Lawrence of Arabia isimli okura yanıt verildi
Məryəm Mirzəzadə
maraqlıdır✨