Vex King’in öz həyatından yola çıxaraq yazdığı şəxsi inkişaf kitabı. Bir növ spiritualizmdən də söz açılır, hansı ki bu da spiritualizmin, yəni düşüncələrimizin yaşamımıza, həyatımıza nə qədər müsbət və ya mənfi təsir etdiyini göstərir. Pis hislər, mənfi düşüncələr, özünüzü aşağı çəkmələr, başqalarını üstün görmələr, bunların hamısı özünüzü pessimist etməkdən başqa bir şey etmir. Özünü toplayın yavaş-yavaş irəliyə doğru addımlayın, mümkünsüz deyə bir şey yoxdur ölümdən başqa. Özünüzə inanın, alınacaq!