Rəqsanə Mürşüdova

Rəqsanə Mürşüdova
@murshud0va
Contra-mundum
İnformation Technology
17 Ekim 2003
55 okur puanı
Mart 2022 tarihinde katıldı
Puan vermedi·120 syf.··
2023 30. kitabı
Qısa amma təsirli bir əsərdir.Həmişə insan oğlunun daha çoxunu istəməyini,gözü doymamağını ,pulun insanları necədə tələyə sala biləcəyini elə gözəl başa salırki əsər.O deyirləre pul insanı dəyişir,pul pulu tapandan çox ətrafındakıları dəyişir .Bu əsər də buna çox gözəl nümunə idi.Bəzən bir şeyi edirik sonra deyirik belə olsa daha yaxşı olardı ,həmişə daha çoxunu istəyirik amma heç düşünmürük ki elə olsa bəlkə daha pis olacaqdı. Əlimizdəkilərin qiymətini bilək. Düzdür həyat risklərdən ibarətdir amma riskə girməzdən əvvəl itirəcəyimiz şeylerin qazanacağımız şeyə dəyib dəyməyəcəyini yaxşı nəzərdən keçirmək lazımdır. Oxumağa dəyərdi.
MirvariJohn Steinbeck · Qanun Nəşriyyatı · 201849,8bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Puan vermedi·336 syf.··
2023 27. kitabı
Kitab müharibənin dəhşətlərini balaca bir uşağın dilindən danışır.Oxuduqca insan dəhşətə gəlir.Yəni həqiqətən mi dünyanın harasındasa bu cür vəhşi insanlar var?Kitabın arxasında əgər həssasınızsa oxumayın yazmışdı .Mən düşünürdüm ki insanları cəlb etmək üçün belə yazılıb amma çox uzun müddət təsirində qalacağım kitab olacaq.Bir çox yerdə yazarın öz həyatını yazdığını qeyd edirlər,amma yazar inkar edir.İnsan özü yaşamadığı şeyleri bu cür dəhşətlə necə izah edə bilərdi ki?Yazarın intihar etməsidə məncə bunu izah edir.Kitabın adı mənə həmişə maraqlı gəlirdi görəsən niyə boyalı quş? Kitabda belə bir hissə var kənd sakini Lex hobi olaraq quşları tuturdu.Və o,quşları müxtəlif rənglərə boyayırdı - ta o vaxta qədər ki , quş çöl çiçəklərindən yığılmış çələng kimi yüz rəngə çalırdı.Sonra həmən quşu meşədə öz dəstəsinə yenidən buraxardı amma quşlar onu qəbul etməz hətta onu öldürərdilər,yəni sadəcə rənginə görə.Həmən uşaqda kənd kənd gəzdi amma heç kim qəbul etmədi onu.Niyə?Oda insan idi axı.onlardan tək fərqi rəngi idi. Buna görədə həmişə şiddətə məruz qalırdı.İnsanlar belə idi gözünün, saçının,dərisinin rənginə görə yaşından asılı olmayaraq bir-birlərinə şiddət göstərir,hətta öldürmək istəyirlər.Bəyaz dərini qara dəridən üstün edən nə idiki?
1000Kitap
Boyalı QuşJerzy Kosinski · Teas Press Nəşriyyatı · 20205,6bin okunma
Puan vermedi·96 syf.··
2023 15. kitabı
Ölülər... görəsən bu adı Cəlil Məmmədquluzadə Şeyx Nəsrullahın ölüləri diriltmə macəraslna görə vermişdi?Yoxsa ona inanan oyanmalı olan insanlar üçün bu adı seçmişdi.Maraqlıdır. Kitabı bitirdikdən sonra ilk düşündüyüm ,həqiqətən insanları diriltmək mümkün olsaydı necə olardı? Çünki bir müddət sonra insanların yoxluğuna alışılır hətta yerinə başqalarıda qoyulur nə qədər diriykən sevmiş olsalarda.Ölənlər qayıdandan sonra vəziyyət necə olardı bir müddət düşündürdü məni) 2 ci düşündüyüm isə bu zaman kəsiyindən götürüb məni 100 il əvvələ atsaydılar necə yaşıyardım onların içində?İskəndəri anlamağın tək yolunu bunda tapdım .Düzdü İskəndər başqa zaman kəsiyində deyildi amma başqa düşüncədə idi .Daha doğrusu cahil cəmiyyətin alim insanı idi.Yəqin İskəndər içkili olmasa ya dəli olardı ya intihar edərdi deyə düşünürəm. Bir məsələni də daha çox anladım.Hansıki bəzi yerlərdə müsəlmanlara qarşı kinli davranırlar .Düşünürəm ki buna "Yalançı İmamlar" səbəb olmuşdur.Hansı ki öz keflərinə uyğun din yaratdıqları üçün."Bunu belə etmiyin Allah bağışlamaz" "Bunu belə etməyin günahdır" tipli ifadələrlə içində Allah sevgisi və ya qorxusu olan cahil insanları əsarəti altına alırlar. Çox təəsüfki hələ də öz düşüncələri ilə hərəkət etməyi bilməyən,özünü dindar kimi aparan birini ilahileşdiren insanlar mövcuddur.
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 01,272 okunma
Puan vermedi·90 syf.··
2022 40. kitabı
Hügodan oxuduğum ilk kitab idi.Bu kitabı dəfələrlə türklər demiş ertelemişem sebebsiz yerə.Sonra dedimki yox men bunu mütləq oxuyacam.Yaxşı ki oxudum.Bir edam məhkumunun nələr yaşadığını tam anlamıyla insana yaşatdırır .Bir an özünü yerinə qoyur insan. Məhkumun günahını tam anlamıyla açmır buda yəqin ki bizdə önyargını aradan götürmək üçün idi.Tövsiyə edərəm oxuyun məncə.
Bir İdam Mahkûmunun Son GünüVictor Hugo · Türkiye İş Bankası Kültür Yayınları · 2026152,4bin okunma
Puan vermedi·247 syf.··
2022 26. kitabı
Sadəcə 1 gündə bitə biləcək bir kitabdı.İnsanı çəkib alır içinə.Bir az oxiduqdan sonra o qədər dəhşətə gəldim ki sözün əsl mənasında ürəyim götürmədi .Hətta yarımçıq qoymaq istədim amma marağım əl vermədi yarımçıq qoyam davam etdim... Bir qadının nələrə qadir olduğunu yenə göstərdi Varis.Kitab o qədər təsirlidirki bəzi hissələrində dəhşətdən gözümü yumdum bəzi hissələrində o qədər sevindim ki hətta səhrayada gedib geldim...Yenədə qadınlara bu zülümləri verən kişilərdi və bu zülümü qadınlara kişilərdən qorunmaq üçün verilir oysa kişiləri düzgün tərbiyə etsələr heç lazımda gəlmiyəcəkdi kimdənsə qorumağa qısaca kitab möhtəşəm idii
Çöl ÇiçeğiWaris Dirie · Bilge Kültür Sanat · 200211,6bin okunma