10/10
·324 syf.··
Beğendi
·
2026 14. kitabı
·
6 günde okudu
·
Okunma: 22 Haziran 2026 12:57
Alex Michaelidesin "Sessiz Hasta" kitabını bitirdim və çox bəyəndim. Kitabın sonuna qədər hadisələrin necə bitəcəyini təxmin etməyə çalışdım, amma sonluq məni tamamilə ters köşə etdi. Açığı, belə bir son gözləmirdim.Kitabın psixoloji tərəfi çox güclü idi. Hadisələr irəlilədikcə personajları daha yaxşı tanıdığını düşünürsən,amma,sonda hər şey dəyişir. Mənə görə hadisələrin bu nöqtəyə gəlməsində ən böyük günah Gabrielin idi.Həm Aliciaya xəyanət etməsi,həm də onun qorxularını ciddiyə almaması faciənin əsas səbəblərindən biri oldu. Sonluğun bir qədər açıq qalması da maraqlı idi.Theonun sonrakı taleyi tam məlum olmur və bu barədə düşünməyə davam edirsən.Ümumilikdə, məni həm düşündürən, həm də təəccübləndirən bir kitab oldu. Psixoloji triller sevənlərə rahatlıqla tövsiyə edərdim. Alex Michaelides Sessiz Hasta
1000Kitap
Sessiz HastaAlex Michaelides · Domingo Yayınevi · 202312,9bin okunma
8/10
·373 syf.··
2026 10. kitabı
·
115 günde okudu
·
Okunma: 22 Haziran 2026 10:22
Kitab boyunca düşüncəm eyni idi. Necə bir insan belə heyratəmiz xəyal gücünə sahib ola bilər ki? Master və Marqaritada Voland və onun dəstəsi oxuyarkən ən maraq oyatan hissələr idi. Teatr səhnələri xüsusilə ölülər ball gecəsini çox bəyəndim. Begemot, pişik obrazı Alice in wonderlanddəki pişiyi də xatırladırdı. Ümumiyyətlə pişiklərdn danışsaq çəkməli pişiyi də unutmaq olmaz. Şıltaq, iki ayağı üstə gəzən, maraqlı paltar geyinmiş pişik obrazları.
Master və MarqaritaMihail Bulgakov · Bakı, Şərq-Qərb Nəşriyyatı · 200610,1bin okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
8/10
·672 syf.··
2026 12. kitabı
·
6 günde okudu
·
Okunma: 21 Haziran 2026 00:00
Rebecca Yarrosun "Dördüncü Kanat" kitabını çox bəyəndim. Kitabın ən maraqlı tərəfi fantastika, macəra və romantikanın bir arada olmasıdır. Violetin zəif görünən bir qızdan güclü və cəsur bir insana çevrilməsi diqqətimi çəkdi. Əjdahalar və akademiyada baş verən hadisələr hekayəni daha da maraqlı edir. Müəllif hadisələri elə qurub ki, kitabı əldən qoymaq olmur. Ümumilikdə, oxumaqdan zövq aldığım və davamını mütləq oxumaq istədiyim bir kitab oldu.
Dördüncü KanatRebecca Yarros · Olimpos Yayınları · 20236,4bin okunma
Puan vermedi·136 syf.··
2026 36. kitabı
·
3 günde okudu
·
Okunma: 21 Haziran 2026 22:21
Yıllar önce kitabını okumadan önce filmini izleyip derinden etkilenmiştim. Aradan geçen zamana rağmen kitabı yeniden okuduğumda aynı duyguları hissettim. Ölü Ozanlar Derneği, yalnızca bir okul hikâyesi değil; özgür düşünmeyi, hayallerinin peşinden gitmeyi ve hayatı cesurca yaşamayı anlatan unutulmaz bir eser. Şiirin ve edebiyatın insan ruhuna nasıl dokunabildiğini gösterirken, okuyucusuna da kendi sesini bulma cesareti veriyor. Kesinlikle tavsiye ederim.
Ölü Ozanlar DerneğiN. H. Kleinbaum · Bilge Kültür Sanat Yayınları · 202233,1bin okunma
Öz'ünü aşmaq üçün
10/10
·372 syf.·
2026 10. kitabı
Kitab Ağalar Məmmədovun çoxsaylı məqalələrinin ümumi toplusundan ibarətdir və açığı, nə bu kitabdan, nə də Ağalar Məmmədovdan xəbərim var idi. Açığı, kitabın kontentindən çox daşıdığı mənəvi dəyəri nəzərə alaraq, 10/10 verməyim qaçınılmaz idi, çünki maraq dairəmə uyğun olaraq hədiyyə olunmuşdu, yəni ki, mənə uyğun və uğurlu hədiyyə idi deyə 10/10 düşür. Əsasən fəlsəfi mövzular əhatəsində qələmə alınıb, ən çox diqqətimi çəkənlər din/islam, ekzistensializm və siyasət mövzuları oldu. İllər əvvəl qələmə alınmış məqalələrin günümüz problemləri ilə səsləşdiyi məqamların çox olması məyus edici idi. Cəmiyyətimizin (müşahidələrimə əsasən) əvvəlki dövrlərə nisbətən daha tolerant olduğunu düşünürəm və bu bir qədər yeni generasiyanın yeni ailə modeli yaratması ilə bağlıdır. "Köhnə düşüncəli azərbaycan kişisi/qadını" yeni generasiyalarla əvəzlənir, zəncirlər qırılır, insanların fərqindəliyi artır. Kitab və filosof barəsində araşdırarkən qarşıma o qədər bir-birinə zidd örnəklər çıxdı ki. Filosofa qarşı münasibət də bir-biri ilə ziddiyyət təşkil edir, ya fikirləri bəyənilir və sevilir, ya da lənətlənir. Düşünürəm ki, bu sırf səsləndirdiyi fikirlərin özü ilə bağlıdır, çünki onlara qarşı neytral qalmaq mümkün deyil və hər insanın həyatının bir dönəmində düşündüyü və ya düşünməli olduğu fikirlərdir. Məsələn, ölüm məqaləsi – məni dərindən sarsan bir məqalə oldu. Ağalar Qut qeyd edir: "Ölüm individualdır, hər kəs özü təcrübə etməlidir." Bildiyin bir faktı kimsə yenidən xatırladanda gözünün önündəki bir şeyi görə bilirsən, gözün açılır. Ölüm üzərinə düşünməkdən qaçırıq, bəzən ölümü xatırladan dindən də qaçırıq, dinə yalnız çarəsizlik anlarında və ya yenə başqa birinin ölümü vasitəsilə üz tutub yada salırıq. Kim öləcəyini xatırladan bir vasitəni həyatının mərkəzinə qoymaq istəyər ki?
AşmaAğalar Məmmədov · Qanun Nəşriyyatı · 201228 okunma
Puan vermedi·80 syf.··
2026 2. kitabı
Poprişin cəmiyyət içində özünü dəyərsiz hiss etdiyi üçün dərdini insanlarla bölüşə bilmirdi və bu da onu cəmiyyətdən uzaqlaşdırdı. O, öz xəyal dünyası ilə baş-başa qaldı. Əsərin baş qəhrəmanı nə cəmiyyətdə, nə də öz beynində sığına biləcəyi bir yer tapa bilirdi.
Dəlinin GündəliyiNikolay Gogol · Qanun Nəşriyyatı · 018,1bin okunma