– Ancaq onu bilirəm ki, bu heyvanların heç biri - istər quruda gəzənlər olsun, istər havada uçanlar, biri digərinin tikdiyi yuvaya baxib özünə ondan yaxşısını arzulamır; hər heyvan öz ehtiyacına uyğun ölçüdə yuvasını qurur. Heyvanlar bir-birinin paxıllığını çəkmirlər, öz həmcinslərinə şər atmırlar, biz nubalar kimi öz uğursuzluqlarını onun- bunun boynuna yıxmırlar. Ehtiyaclarından artığını qamarlayıb götürmürlər...
– İnsanlar özləri kimi olmayanları heç vaxt sevməzlər. Qorxar, maraqlanar, heyrətlənərlər, ancaq sevməzlər. Biz onlar kimi deyilik. Amma yenə də onlardanıq, Lano. Yalquzaq kimi ömür sürə bilmərik.