Necibe Qasımzade

Necibe Qasımzade

, bir kitap okudu
Puan vermedi·244 syf.··
12 günde okudu
·
Okunma: 23 Nisan 2026 18:23
·
2026 5. kitabı
Amy Engel
7.5/10 · 2.601 okunma
Reklam
9/10
·424 syf.··
Beğendi
·
2026 3. kitabı
·
15 günde okudu
·
Okunma: 07 Nisan 2026 07:08
“Kiçik Qadınlar” əsəri dörd bacı Meg, Beth, Jo və Amy’nin həyatından bəhs edən, ailə dəyərlərini oxucuya çatdırab bir kitabdır. Hər bir bacının özünəməxsus xarakteri və dünyagörüşü var və bu, oxucuya müxtəlif həyat dərsləri qazandırır. Kitabda ən çox diqqətimi çəkən məqam hər hadisədən bir nəticə çıxarmaları, qarşılaşdıqları çətinliklərdən dərs götürərək böyümələridir. Düşünürəm ki, bu kitab hər yaş kateqoriyasından olan oxucular üçün uyğun olub, hər kəs özünə yaxın bir obraz tapa bilər. Şəxsən mənim ən çox sevdiyim obraz Jo oldu. Onun azad ruhu, güclü xarakteri və çətinliklər qarşısında sınmaması mənə çox təsir etdi. Jo nə qədər çətinlik yaşasa da, hər vəziyyəti ağılla idarə etməyi bacarır və heç vaxt mübarizədən vaz keçmir. Bəzi xüsusiyyətlərinə görə özümü ona yaxın hiss etdim. Əsər yalnız bacıların həyatını deyil, eyni zamanda yaşadıqları dövrün ruhunu da əks etdirir. Qəzetlər, məktublar, teatr səhnəcikləri və gündəlik həyatın detalları oxucuya o dövrün atmosferini hiss etdirir. Atalarının müharibəyə getməsi, March ailəsinin maddi çətinliklərlə üzləşməsi isə hekayəni daha da maraqlı edir. Buna baxmayaraq, onların çətin şəraitdə belə başqalarına yardım etmələri, mərhəmət və paylaşma duyğusunu qoruyub saxlamaları əsərin ən təsirli tərəflərindən biridir.
1000Kitap
Küçük KadınlarLouisa May Alcott · Koridor Yayıncılık · 202019,5bin okunma
Küçük Kadınlar...
Yola çıkan biri için en kötü şey endişedir…
1000Kitap
9/10
·80 syf.··
Beğendi
·
2025 17. kitabı
Hüseyn Cavidin “Ana” əsəri Dağıstan həyatı ilə bağlıdır. Əsərin baş obrazı Səlma ana mərd, qürurlu bir qadındır. Oğlu Qanpolad İsmət adlı çərkəz qızı ilə nişanlıdır. Amma İsməti Orxan adlı bir oğlan da sevir və onları ayırıb özünə həmdəm etmək istəyir. İsmət isə məhəbbətindən dönmür. Orxanın təkidi ilə Qanpoladı öldürən Murad Səlma ananın evində gizlənir. Səlma ana onu qonaqpərvərliklə qarşılayır. Oğlunun qatili olduğunu biləndə isə intiqam hissi baş qaldırır. Amma xalqın adət-ənənəsinə görə evə sığınan qonağa hörmətsizlik edilmir. Ananın mərhəmət hissi intiqam hissinə qalib gəlir.
1000Kitap
AnaHüseyn Cavid · Qanun Nəşriyyatı · 0365 okunma