Nargiz C. Isra

Nargiz C. Isra
@nargisra
Baku,Azerbaijan
Baku,Azerbaijan
10 okur puanı
Kasım 2017 tarihinde katıldı
İnsan şəhər kimidir. Bəzi xoşagəlməz tərəflərinə görə qalan hissələrinə də nifrət edə bilməzsən. Xoşlamadığın şeylər ola bilər, bəzi qaranlıq küçələr, xoşagəlməz məhlələr və dalanlar, lakin ümumilikdə şəhərin sevimli yerləri daha çox ola bilər.
Sayfa 77·Kitabı okudu
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Onlar tam uğur qazanacaqlarına əmin olmayanadək qeyri-müəyyənlik dəhlizi ilə hərəkətə başlamaq həvəsində olmamışlar.
Üç oğlan övladını öldürən sonuncu oğlun da gözlərinin qarşısında can verəcək. Bu da əqrəbin son zəhəri – deyərək cibindən çıxardığı dərmanı ağzına atdı. Qurban kişi bərəlmiş gözləri ilə son oğlunun meyitinə baxırdı.
Sayfa 204·Kitabı okudu
Ancaq indi mən üzümü burdakı hamıya, xüsusilə də Qurbana tutub sual verirəm. Kimdir əqrəb? Bir qadının etibarından istifadə edib onun və onunla birgə onlarla adamın həyatını pula qurban verən sən, yoxsa intiqam hissilə yetimxanada böyüyüb bir neçə nəfəri öldürən mən?
Sayfa 203·Kitabı okudu
Bu hissəni oxuduğum zaman qatilin duyduğu nifrəti hiss edərək, bir anlıq onun keçirdiyi duyğuları yaşadım sanki: "Qurban mənə yaxınlaşıb əl uzadaraq salam verdi. Həmin vaxt daxilimdə keçirdiyim sarsıntıları təsəvvür belə edə bilməzsiniz. Anamın həyatını qaraldan, ömrünü puç edən, demək olar ki, ölümünə səbəb olan, mənim uşaq yaşlarımdan min bir əzabla, dərdlə böyüməyimə səbəb olan adam qarşımda dayanıb mənə əl uzadırdı. İçimdəki duyğuları güclə boğub özümü sakitləşdirdim və onun salamını qəbul elədim. Əslində həmin vaxt onu parça-parça edə bilərdim. Amma Qurban bizə yaşatdıqlarının hesabını belə rahatlıqla verməməliydi."
Sayfa 199·Kitabı okudu