Bu hissəni oxuduğum zaman qatilin duyduğu nifrəti hiss edərək, bir anlıq onun keçirdiyi duyğuları yaşadım sanki: "Qurban mənə yaxınlaşıb əl uzadaraq salam verdi. Həmin vaxt daxilimdə keçirdiyim sarsıntıları təsəvvür belə edə bilməzsiniz. Anamın həyatını qaraldan, ömrünü puç edən, demək olar ki, ölümünə səbəb olan, mənim uşaq yaşlarımdan min bir əzabla, dərdlə böyüməyimə səbəb olan adam qarşımda dayanıb mənə əl uzadırdı. İçimdəki duyğuları güclə boğub özümü sakitləşdirdim və onun salamını qəbul elədim. Əslində həmin vaxt onu parça-parça edə bilərdim. Amma Qurban bizə yaşatdıqlarının hesabını belə rahatlıqla verməməliydi."