Qəlbi qupquru, barverməz, bomboş çöl kimiydi - arzudan, həsrətdən uzaq, ümiddən, istəkdən uzaq. Gələcəkdən heç danışmağa dəyməzdi. Yalnız keçmişin acı təcrübəsi - sevgi təhlükəli səhvdir, onun bacısı ümid isə aldadıcıdır, xülyadır. Bu iki zəhərli çiçək rişə atdımı, onları dərhal kökündən qoparıb atmaq gərək.