Nazrin O.

Nazrin O.
Per aspera ad astra
Mutsuz hissettiğiniz zamanlarda sahip olduklarınızı düşünüp şükredin.
Sayfa 63 - Türkiye İş Bankası·Kitabı okudu
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅

Nazrin O.

, bir kitap okudu
10/10
·455 syf.··
Beğendi
·
5 günde okudu
·
2025 8. kitabı
Khaled Hosseini
9.2/10 · 119,3bin okunma
10/10
·455 syf.··
Beğendi
·
2025 8. kitabı
·
5 günde okudu
·
Okunma: 11 Haziran 2025 20:24
Bu sıradan əsər deyil, itirilən gəncliklər, ümidlər, darmadağın olmuş həyatlar, müharibəni yaşamadan yaşamış kimi hiss etdirib insanı dərinliyinə çəkən və orda itməyinə səbəb olan romandır. Oxuyarkən nəfəssiz qaldım, sanki o acı taleyi yaşayan insan obrazlarına çoxdan bələd idim, onların yaşadığı çarəsizliyi, ağrıları mənimsəmişdim. Bəli, bu hadisələr - Əfqanıstanın sovet hücumlarına məruz qalması, daxildə gedən vətəndaş müharibələri vaxtilə sadəcə televiziya xəbərlərindən eşitdiyimiz, gördüyümüz qədər bizə məlum idi. Lakin əsəri oxuduqca, müharibənin bir xalqı necə məhv etdiyini, neçə ailə üzvünü bir-birindən didərgin saldığını, neçə həyatı yarım və neçə gözləri yaşlı qoyduğunu iliklərinizə qədər hiss edəcəksiniz. Obrazlar yazıçının təxəyyülünün məhsulu olsa da, onların yaşadığı həyatın gerçəkdə baş verməsi müharibə şəraitində qaçınılmaz reallıqdır. Fərqli sınaqlardan keçmiş iki qadının yolu da məhz elə bu müharibələr nəticəsində kəsişir. Onların simasında qadın gücünün bütün çətinliklərin, hətta müharibənin ağlasığmaz nəticələri qarşısında yenilmədiyini görə bilərsiniz. Əsər ən çıxılmaz anlarda belə ümidini üzməməli olduğunu öyrədir insana. Çünki nə olursa olsun, o günəş hər gün yenidən doğacaq.
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013119,3bin okunma
Məryəm saplardan kuklanın başına necə saç düzəldir. Bir neçə il keçəcək, bu qızcığaz böyüyüb qadın olacaq. Həyatdan çox şey istəməyəcək, öz yükünü heç vaxt başqasına qıymayacaq, ələ salınan, rişxənd edilən dərdini, kədərini, ümid və arzularını heç kimlə bölüşməyəcək.
Sayfa 436 - Qanun nəşriyyatı·Kitabı okudu
Ər, arvad, iki uşaq - ətrafdakılar üçün ilk baxışda ən adi bir ailədir. Sirri yox, yalanı yox, dərdi-qəmi, məyusluğu yox kimi görünür.
Sayfa 415 - Qanun nəşriyyatı·Kitabı okudu