Sevgi,eşq,güvən,həqiqət,ağıl,güc,xəyanət,vicdan,qısqanclıq,nifrət,əsəb,yalan və s. hisslərin ifadəsinin bir arada toplandığı kitab... Məni cəlb edən ilk öncə kitabın adı oldu. Bəli kitabın çox oxunmasında kitabın adının da xüsusi rolu var. Kitabın dili sadə,anlaşıqlı,hadisələr bir-birinin ardınca davamlı şəkildə düzülüb.Kitabda mənə maraq oyadan daha bir məqam aktyorların şəkilləri ilə verilməsi idi.Oxucu özünü bir növ teatrda hiss edir. Mövzusuna gəldikdə günümüzdəki problemlərə toxunulmuşdur.İnsanlar çox dəyişib, həqiqəti ,iradəli olmağı,sevgi ilə qalmağı deyil tam əksini-nifrətlə,yalanla,xəyanətlə yaşamağı seçirdilər. Xəyanətlə eşqi bir yerdə tutmaq istəyirdilər.Bu mümkün deyildi axı.Bəs GÜVƏN? Elə başımıza nə gəlir ,"o eləməz"dən gəlir.Bəli eləyər,elə edər ki ruhun belə duymaz...Bir başqa mövzu:Hardadı bu "müasir" insanlarda vicdan qorxusu?Hansı ki bu qorxu ürəyin tam dərinliyində,narahat və əzab verən hətta yatmağa belə qoymayan hissdir.Deyəsən artıq qorxutmur...
Və başqa-başqa mövzular..Kitabı oxumağınıza və gənc yazarlara şans verməyə dəyər.