Nəzrin Qəribli

Nəzrin Qəribli
@nazringaribli
English language and literature
Azerbaijan
23 okur puanı
Şubat 2025 tarihinde katıldı
Spoiler var
Puan vermedi·168 syf.··
2025 69. kitabı
Xəz paltolu Madonna - Maria Puder mənim üçün hər zaman xüsusi obrazlardan biri olacaq. Öz realist baxışları ilə əsrarəngiz obrazdır. Maria həyatın çətinlikləri ilə baş-başa qalmış bir qadın olaraq güclü biri idi. Hər şeyə rəğmən, azadlıq, sərbəstlik onun üçün mühüm idi. Onun üçün "nə istədiyini bilməyən biridir" demək ziddiyyət yarada bilər, çünki onun gözləntisi əslində təmiz sevgi, səmimiyyət, güvən idi, bunu da Raifdən gördükdə və inandığında bunun dəyərini bildi, ömrünün sonuna qədər sevgisinə sadiq qaldı. Bu inamı əldə edənə qədər isə bir çox hallarda emosional olaraq sabitlik göstərmirdi, bəzən yaxın münasibət istəyib, bəzən də qaçırdı. Hər bir halda bütün şıltaqlığı, cazibədarlığı və azadlıq istəyi ilə Avropa qadınını təmsil edirdi. O bütün aşiq olan qadınların və bir qadına duyulan böyük sevginin simvolu idi. Lakin haqqında fərqli perspektivdən baxdığım tərəfi özünü süni tənhalığa düçar etməsi idi (Hər iki obraz özünü cəmiyyətdən təcrid edirdi, süni şəkildə yaratdığı tənhalığa sürükləyirdi, önünə divarlar hörürdü və əsərin sonluğundan görünür ki, ideya belə insanları tənqid etməkdir). Marianın ətrafındakı insanlar tərəfindən qəbul edilməməsi özünün bir qədər mizantrop xarakteri ilə bilavasitə əlaqəlidir. Çox insan tanıyan biri, bütün insanları ümumiləşdirərkən olduqca diqqətli olur, xüsusilə də qarşı cinsi. Onun cəmiyyətin içində olub, ordakı işığı görə bilməməsinə səbəb özüdür. İnsan hər çirkinlikdə də bir gözəllik axtarmalıdır. İnsanı yaşadan bu baxışdır. O istəsəydi, sosiallaşa, insanlarla arasında bağ qura bilərdi. Bunların hamısının səbəbi Maria üçün güclü olmaq məcburiyyətindən, həyatdan qalmaq üçün dirənişindən irəli gəlirdi. O, biraz da kompleksli biri idi. Sanki zəif görünməkdən, aldadılmaqdan qorxurdu. İstəmirdi ki, ona mərhəmət etsinlər, mərhəməti
1000Kitap
Kürk Mantolu MadonnaSabahattin Ali · Yapı Kredi Yayınları · 2025376,6bin okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
F. Dostoyevski – Bəyaz gecələr
Puan vermedi·104 syf.··
Beğendi
·
2025 2. kitabı
Dostoyevskinin sürgündən öncə yazdığı, 1948-ci ildə çap olunan novellası. Əsərin adının təsadüfi seçilmədiyini demək olar. Bəyaz gecələr – yəni işıqlı gecələr may-iyul aylarında Peterburqda müşahidə olunur. Bu həm də baş qəhrəmanın xəyal və reallıq arasında tərəddüdünü simvolizə edir. Ürəyi dilə gəldiyi zaman susmağı bacarmayan, Peterburqun evləri arasında az qala boğulan, yarımcan şəhərli, 26 yaşlı adsız qəhrəmanımız cəmiyyətdə özünə yer tapa bilmirdi, -böyük şəhərlərdə nə qədər çox insan varsa, bir o qədər aralarında məsafələr var, sanki hər kəs bəşəriyyətin bir parçası deyil... O həm də işsiz və kasıb idi, diqqət mərkəzində ola bilmirdi. Təbii ki də, burda öz təbiəti də (“adamayovuşmaz” olması da) önəmli rol oynayırdı. Və beləliklə, qəhramanımız tənhalığa, xəyallara sığınır. Yaşadığı hadisələr, başına gələnlər sadəcə zehnində baş verirdi, onun heç gerçək macərası yox idi. Bəyaz gecələrin birində küçədə gəzdiyi zaman Nastenka ilə tanış olur və bu tanışlıq yaşadığı yeganə reallığla dəhşətli qarşılaşmasına səbəb olur. Nastenka 17 yaşlı bir qızdır. O illərdir, nənəsinin sancağından asılı həyat yaşayır. Sərbəstliyi əlindən alınıb. Keçən söhbətlərdən belə hesab edirəm ki, nənəsi özünün yaşadığı travmaları nəvəsinin də yaşamaması üçün bu nəzarət formasından istifadə edir, tamamilə yanlış olduğunun isə fərqində deyil. Nastenka gənc idi, enerjili idi, o əylənmək istəyirdi, sevilmək istəyirdi, azad olmaq istəyirdi. Önünü kəsən nənəsindən qurtuluş yolu isə həmin kirayəşin idi ki, Nastenka yalnızlıq içində olarkən o, halına acıyıb ona yardım edəcəyinə söz verir. Həyatda bir mövqe tutmadan ailə qurmaq istəmirdi, bu təbii haldır. Nastenkanı isə nə dərəcədə sevirdi, deyə bilmərəm, çünki özündən bir şey eşitmədiyimiz təqdirdə ittiham etmək kimi çıxa bilər.  Xəyalındakı Çin
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2019102,4bin okunma
Cek London – Martin İden
Puan vermedi
“Kor cırtdanlar ölkəsinə uçub düşmüş ulduz tozunun bir zərrəsi!” Müəllifə şöhrət gətirən, 1909-cu ildə çap olunmuş bu əsər həm də avtobioqrafik olması ilə seçilir. Lakin belə bir məqam var ki, Cek London sosialist olduğu halda, Martin İden fərdiyyətçidir. Və bu romanın Martinin faciəsi vasitəsilə fərdiyyətçiliyin təhlükələrini göstərmək məqsədilə yazıldığını demək olar. Fəhlə sinfinin nümayəndəsi və matros olan Martin İden burjua ailəsinə qonaq olur və Ruf adlı bir qıza aşiq olur. Ruf onun daxil olduğu təbəqənin qızlarından, təbii olaraq, fərqlənirdi və bu fərqlilik ona qibtə etməyə, ideal qadın obrazını tapdığını zənn etməyə zəmin yaradırdı. Ruf onun ilk məhəbbəti idi. Onu əldə etmək üçün ona layiq olmaq lazım idi. Bu məqsədlə də, yazar olmaq qərarı alır, çünki jurnalların yaxşı qonorar verdiyini öyrənir. Rufun həm Martinə, həm də onun uğur qazana biləcəyinə olan inamsızlığı sırf Martinin mənfəət əldə etməməsinə görə idi. O Martini həqiqətən sevmiş ola bilər, lakin Martin onun prioritetlərinə uyğun gəlmirdi. Martini özünə görə sevsə də, özünün mühiti, təhsili tərəfindən aşılanmış məhdud həqiqətini daha çox sevirdi. O həm də, bu standartlaşdırılmış, basmaqəlib düşüncələrə - daha sərt desək, itaət edirdi. Martin Rufun gözündə həmişə fəhlə sinfinin nümayəndəsi idi, Martinin müstəsna zəka sahibi olmasını heç bir şəkildə anlamırdı və anlamadığı üçün də qəbul edə bilmirdi. Və buna görə də ayrıldı Martindən. Hər cəhdlə həyat tərzini dəyişmək istədiyi, onun sevgisi üçün əlindən gələndən artığını edən sevgilisinə görə cəsarətli olmağı bacarmadı. Ruf fədakar deyildi. Rufun fərdi düşüncəsi yox idi. Və Ruf artıq Martin üçün müqəddəsliyini itirdi. Martinin özünün də dediyi kimi, əvvəllər burjua sinfinə qibtə edirdi, həyat səviyyəsi yüksək olan şəxslərin zəkalarının,
Martin İdenJack London · Qanun Nəşriyyatı · 2025135,3bin okunma
Waris Dirie - Səhra çiçəyi
Puan vermedi·344 syf.··
Beğendi
·
2025 3. kitabı
Varis 12 yaşında atası tərəfindən yaşlı kişiyə bir neçə dəvə qarşılığında evləndiriləcəyinə görə evdən qaçıb, içindəki sonsuz inamla bütün maneələri dəf edən bir qız idi. Əldə etmək istədiyi həyatı heç vaxt tam anlamıyla dərk etməsə də, mübarizliyini qoruyaraq supermodel, BMT-nin xüsusi səfiri statusunu qazanıb. Səhra çiçəyi onun adının mənasıdır. Tamamilə, avtobioqrafik əsərdir. Hər kəsin, xüsusilə də, qadınların oxumalı olduğu beynəlxalq bestsellerdir. Və bu əsər yazıldıqdan sonra "Desert Flower Foundation"u təsis edərək, əsəri də yazmaqda əsas qayəsi olan FMG ilə mübarizəsini günümüzə qədər davam etdirir. Belə adlandırardım; tam bir cəsarət ikonu, tam bir əzmkarlıq nümunəsi!
1000Kitap
Səhra ÇiçəyiWaris Dirie · Qanun Nəşriyyatı · 201411,8bin okunma