Kitabları bir çox filmin ssenarisi olmuş Stephen Kingin kitablarını almışdım bu yaxınlarda. Son zamanlarda klassik oxuduğum üçün fərqli bir tərz oxumaq istədim.
Qısa olduğundan ilk olaraq Yüksəlişdən başladım. Kitabın ideyasını bəyənmişəm desəm yalan olmaz, insanların günümüzdə hər zaman başqalarını ələ salmağı, uğursuzluqlarına güldükləri çox gözəl şəkildə göz önünə sərilib. Sadəcə bunu niyə lezbiyanlığın vasitəsilə edib anlamadım. Yəqinki olduğu coğrafiyaya görə.
Açığı LGBT məsələsini dəstəkləyən biri olmadığımdan kitabın bu cəhətdən boş olduğunu düşünürəm. Kitab sırf bu ideologiyanı günümüz filmlərində olduğu kimi beynimizə yeritmək üçün sifarişlə yazılıb sanki.
Bunu hekayənin dəxlisiz sonluqla bitməsindən də görmək olar. Yaxşı, fərqli bir mövzuyla başladı hər şey. Görünüşü eyni qalan amma çəki göstəricisi azalan bir başrol. Bəs sonu necə bitdi? Niyə elə bitdi ki? Niyə vardı bu mövzu? Qısaca oxumağınızı qəti tövsiyə etmirəm, təbii ki fərqli şəkildə müasir və günümüzün açıq fikirli insanlarından deyilsinizsə) YükselişStephen King